Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 20:40

2018-də dopinq testdən keçməyənlər


Dopinq

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) dekabrın 25-də 2018-ci ilin yekunlarına dair mətbuat konfransı keçirib. Bu barədə Agentliyin mətbuat xidmətindən bildiriblər.

Verilən məlumata görə, 2018-ci ildə AMADA bu sahədə 35 qayda pozuntusu aşkarlayıb. Qaydanı pozan idmançılar daha çox, güləş, taekvondo və boks idman növləri üzrə çıxış edib.

Mətbuat xidmətindən bildirilib ki, bütünlükdə isə 2018-ci ildə Agentlik 817 test keçirib. Bunun da 2017-ci il ilə müqayisədə iki dəfə çox olduğu deyilir. 2017-ci ildə qurum cəmi 402 test keçirib.

Mətbuat xidmətindən deyiblər ki, ən çox dopinq vasitələri ilə bağlı hallar güləş idman növündə aşkarlanıb.

«Bəzi federasiyalara sanksiya ola bilər»

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) yerli idman federasiyalarına qarşı sanksiya tətbiq edə biləcəyini bəyan edib.

Agentliyin rəhbəri Şəfəq Hüseynli deyib ki, buna səbəb bəzi federasiyaların idmançıların siyahısını onlara vaxtında təqdim etməmələridir.

Ş.Hüseynli vurğulayıb ki, hətta testlərin qeydiyyatdan keçməyən laboratoriyalarda verilməsi də qəbulolunmazdır.

Agentlik rəhbəri deyib ki, qurum 2019-cu ildə hüquq-mühafizə orqanları ilə birgə bir neçə əməliyyat keçirməyi planlaşdırır.

AMADA-dan onu da bildiriblər ki, son günlər daha bir neçə idmançı ilə bağlı cəza tədbirləri görüblər. Bunlardan velosipedçi Ramazan Əliyev 33, ağırlıqqaldıranlar -Emin QocayevRəcəb Mustafayev isə 48 ay yarışlardan diskvalifikasiya olunub. Nəticədə bu il AMADA-nın cəzalandırdığı idmançıların sayı 40-a yaxınlaşıb.

Xatırlatma

İndiyə kimi Azərbaycandan dopinqə görə onlarla idmançı cəza alıb.

2016-cı ilin oktyabrında Milli Məclis «İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında» Qanun qəbul edib.

Azərbaycan Milli Antidopinq Agentliyinin təsis edilməsi də elə həmin qanunda öz əksini tapıb.

Multimedia

XS
SM
MD
LG