Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 21:29

2019-cu ilin büdcəsi qəbul edildi


Milli Məclis

Bu gün, noyabrın 30-da Milli Məclisdə Azərbaycanın 2019-cu il üzrə dövlət büdcəsinin müzakirəsi yekunlaşıb.

«Report»un verdiyi xəbərə görə, parlament dövlət büdcəsinin gəlirlərini 23 mlrd. 168 mln., xərclərini 25 mlrd. 190 mln., büdcə kəsrini isə 2 mlrd. 22 mln. manat səviyyəsində təsdiqləyib.

2019-cu il dövlət büdcəsinin gəlirləri üzrə proqnozun 7 mlrd. 316 mln. manatı Vergilər Nazirliyinin xətti ilə daxilolmaların payına düşür. Habelə, 11 mlrd. 364,3 mln. manat Neft Fondundan transfert edilməlidir. Bundan başqa, 3 mlrd. 702,6 mln. manat Dövlət Gömrük Komitəsinin xətti ilə, 785.6 mln. manatı isə başqa gəlirlərlə formalaşdırılmalıdır.

Gələn il dövlət büdcəsinin neft gəlirlərinin hesablanmasında orta ixrac qiyməti 60 ABŞ dolları nəzərdə tutulub. Hazırda dünya bazarında neftin bir bareli elə 60 dollar civarında satılır.

Xatırlatma

2018-ci ilin dövlət büdcəsinin proqnoz gəlirləri 22.11 mlrd, xərcləri isə 23.061 mlrd. manatdır. Bu il neftin bir bareli 45 dollar götürülmüşdü.

Multimedia

XS
SM
MD
LG