Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Sentyabr, bazar, Bakı vaxtı 21:51

'İlin sonuna manatın sabitliyi qorunacaq'


Dollar

«Bu ilin sonunadək makroiqtisadi sabitlik, xüsusilə manatın məzənnəsinin sabitliyi qorunacaq».

AZƏRTAC-ın xəbərinə görə, bunu Azərbaycan Mərkəzi Bankının sədrinin birinci müavini Alim Quliyev noyabrın 15-də Bakıda keçirilən III Beynəlxalq Bankçılıq Forumunda deyib.

A.Quliyev bildirib ki, bu il ölkədə makroiqtisadi sabitlik təmin edilib.

«İlin sonunadək bu sabitlik tədbirləri birmənalı olaraq müsbət xarakterli olacaq, xüsusilə də manatın məzənnəsinin sabitliyi qorunacaq», - deyə o vurğulayıb.

Bu gün, noyabrın 15-də Bakıda Mərkəzi Bankın, Maliyyə Bazarlarına Nəzarət Palatasının, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin və Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı ilə «Nağdsız iqtisadiyyat: ənənəvi bankçılıqdan rəqəmsal bankçılığa keçid» adlı III Beynəlxalq Bankçılıq Forumu keçirilir.

Xatırlatma

Ötən ilin may ayından manatın məzənnəsində sabitlik var. 1 dollar 1 manat 70 qəpiyə bərabərdir. 2015-ci ildə isə manatın 2 dəfə devalvasiyası baş verib. Manat dollar qarşısında 2 dəfə dəyər itirib.

Multimedia

XS
SM
MD
LG