Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:52

Hökumət hər pətəyə 10 manat verəcək


Bir hərbçi və Albertin arı sevdası...
Gözlə

No media source currently available

0:00 0:03:50 0:00

Bir hərbçi və Albertin arı sevdası...

2018-ci ildən etibarən Azərbaycanda arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə subsidiya veriləcək. Arıçılar saxladıqları hər arı ailəsinə (pətəyə) görə 10 manat məbləğində subsidiya alacaqlar.

Bu barədə bu gün, sentyabrın 20-də Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, artıq Nazirlər Kabineti «Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi Qaydası»nı təsdiq edib.

Yeni qayda «Azərbaycan Respublikasında arıçılığın inkişafının stimullaşdırılması haqqında» prezidentin bu il martın 5-də verdiyi Sərəncamın icrasına xidmət edir. Bundan ötrü arıçılıq təsərrüfatları uçota alınmalıdır. Subsidiya verilməsinin təşkili məqsədilə Kənd Təsərrüfatı Nazirliyi yerlərdə komissiyalar yaratmalıdır.

Bu qərar 2018-ci il də daxil olmaqla, 5 il müddətində qüvvədədir.

Arıçılar VÖEN-in surətini, subsidiyanın köçürüləcəyi bank hesabına dair məlumatları hər il aprelin 30-dək təsərrüfatın yerləşdiyi rayon (şəhər) komissiyalarına təqdim etməlidirlər.

Xatırlatma

2017-ci ildə Azərbaycanda 21 min 165 təsərrüfatda 271.7 min arı ailəsi mövcud olub. Həmin təsərrüfatlardan 3 min 43.1 ton bal, 90.2 ton mum, 11.2 ton vərəmum, 8.1 ton güləm və 281.7 kq arı südü əldə olunub.

«Balın 1 kiloqramının orta satış qiyməti 23.7 manat, mumun orta satış qiyməti 11.5 manat, vərəmumun orta satış qiyməti 116.7 manat, güləmin orta satış qiyməti 56.7 manat, arı südünün 1 qramının orta satış qiyməti isə 4.9 manat olub», - Dövlət Statistika Komitəsinin (DSK) məlumatda bildirilir.

Vərəmum qatranabənzər müalicəvi məhsuldur. Güləmdən də müalicəvi məqsədlə istifadə edilir.

Arı mumu arıların şan düzəltməkdən ötrü hasil etdikləri maddədir.

Arı südü isə ana arının yemlənməsınə sərf olunur.

Multimedia

XS
SM
MD
LG