Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 10:23

Yarım ildə 306 nəfər QİÇS-ə yoluxub


Foto illüstrasiya

2018-ci ilin 6 ayında Azərbaycanda azı 306 nəfərin QİÇS-ə yoluxduğu aşkar edildiyi bildirilir.

Səhiyyə Nazirliyinin QİÇS-lə Mübarizə Mərkəzinin məlumatına görə, yeni aşkarlanan xəstələrin 298-i Azərbaycan, qalanları əcnəbi vətəndaşlardır.

Ümumilikdə, Azərbaycanda ilk dəfə QİÇS infeksiyasının aşkar olunduğu 1987-ci ildən bəri QİÇS-lə Mübarizə Mərkəzində 7061 nəfər qeydiyyata götürülüb. Onların əksəriyyəti-6833 nəfəri Azərbaycan vətəndaşıdır.

Qeydiyyata götürülənlərin 5137-i kişi, 1924-ü qadındır.

Qeydiyyata götürülmüş 7061 xəstənin 43 faizi QİÇS-ə inyeksion narkotik istifadəsi nəticəsində yoluxub.

Xatırlatma

Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS, ingiliscə AIDS) özünü çoxsaylı opportunistik yoluxucu və qeyri-yoluxucu xəstəliklərlə büruzə verir. Bu virusa yoluxmuş insanların immun-müdafiə sistemi kəskin zəifləyir və onlar xəstəliklərə asanlıqla tutulurlar.

BMT-nin sön xəbərdarlığına görə, bir çox ölkələrdə, özəlliklə də, Şərqi Avropa və Asiyada infeksiya halları artmaqdadır.

BMT bildirir ki, AIDS-ə yol açan HIV-ə 2017-ci ildə 1.8 milyon yeni yoluxma halı qeydə alınıb.

Ümumilikdə isə, dünyada bu virusla 37 milyon nəfər yaşayır, onların əksəriyyəti Afrikadadır.

Hər il AIDS-lə bağlı xəstəliklərdən 1 milyonadək adam dünyasını dəyişir.

Multimedia

XS
SM
MD
LG