Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 04:31

Keçmiş baş hakim aralıq baş naziri olacaq


Nasir-ul Mulk

Pakistanın keçmiş baş hakimi Nasir-ul-Mulk iyunun 1-də iki aylıq aralıq baş naziri kimi and içəcək. Ölkənin mülki hökumətinin müddəti iyunun 1-də başa çatıb. Konstitusiyaya görə, yeni seçkilər 60 gün ərzində keçirilməlidir.

Demokratik qurumların müdafiəçisi kimi ad çıxarmış Mulk aralıq hökumətə başçılıq edəcək. Seçki isə iyulun 25-nə planlaşdırılıb.

70 illik dövlətçiliyinin yarısını Pakistan birbaşa hərbi idarəçilik altında olub. Azı 15 dövlət başçısı hakimiyyət müddəti başa çatmamış devrilib.

“Hökumətin müddətinin başa çatması Pakistanda demokratiyanın uğurudur”, – hakim Pakistan Müsəlman Liqası- Nawaz Partiyası bəyanatında bildirib.

Parlament və hökumət ötən gecə buraxılıb.

Pakistanda ilk dəfə olaraq hakimiyyətin demokratik transferi 2013-cü il seçkilərindən sonra baş verib, Pakistan Xalq Partiyası hakimiyyəti seçkini udmuş PML-N-yə ötürüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG