Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Dekabr, bazar, Bakı vaxtı 13:56

Moskva Krıma 1 milyon rusiyalı ‘yerləşdirib’


Mustafa Dzhemilev

Rusiya Ukraynadan ilhaq etdiyi Krım regionuna 1 milyonadək adam yerləşdirib. Bunu Krım tatarlarının lideri, prezident Petro Poroshenko-nun Krım tatar məsələləri üzrə elçisi Mustafa Dzhemilev deyir.

Dzhemilev-in mayın 27-də Ukrinform-a bildirməsinə görə, Moskva Rusiyanın müxtəlif regionlarından Krıma “xeyli sayda” adam gətirir.

Rusiya Krımı 2014-cü ildə ilhaq edib.

“Ancaq bu, hərbi cinayət kimi saxlanır, çünki bunun cinayət olduğunu yaxşı bilirlər”, – Dzhemilev deyib.

Onun hesablamasına görə, mübahisəli regiona yerləşdirilən rusiyalıların ümumi sayı 850 mindən 1 milyona qədərdir.

“Rusiya Böyük Yekaterinanın dövründə Krımın birinci işğalı zamanı istifadə olunmuş strategiyanı təkrarlayır. O zaman dəmiryolu olmadığından adamları deportasiya etmək mümkün deyildi. Onlar əhalini miqrasiyaya məcbur etməkdən ötrü onlar üçün dözülməz şərait yaradırdılar. Nəticədə, Krım tatarları tezliklə azlığa çevrildi”, – o deyib.

Rusiyanın Krımı ilhaq etməsi və Ukraynanın şərqində separatçıları dəstəkləməsi Birləşmiş Ştatlar, Avropa Birliyi və digər ölkələrin Rusiyadan fərdlərə və şirkətlərə sanksiyalar qoymasıyla sonuclandı.

Günün bütün mövzuları

XS
SM
MD
LG