Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Sentyabr, çərşənbə, Bakı vaxtı 04:26

Nikol Pashinyanın oğlu hərbi xidmətini Qarabağda çəkəcək


Nikol Pashinyan

Ermənistanın baş naziri Nikol Pashinyanın oğlu Ashot Paşinyan hərbi xidmətini Qarabağda çəkəcək.

Bu barədə mayın 27-də AzadlıqRadiosu-nun erməni xidməti məlumat yayıb.

Nikol Pashinyan oğlu ilə birlikdə özünün “Feysbuk” səhifəsində canlı yayıma çıxıb.

Məlumata görə bu ilin martında Ashot Pashinyanın 18 yaşı tamam olub.

O, həmçinin xaricdə olan soydaşlarını hərbi xidmətdən yayınmamağa çağırıb.

Nikol Pashinyan deyib ki, məqsədi “Feysbuk” vasitəsi ilə özünü tərifləmək deyil, sadəcə yaşı 18-ə çatan və xaricdə olan bütün Ermənstan vətəndaşlarını hərbi xidmətə həvəsləndirməkdir.

Pashinyan Ermənistanın özündə müxtəlif bəhanələrlə hərbi xidmətdən yayınanları da hərbi komissarlığa gəlib, orduya getməyə çağırıb.

Pashinyan həmçinin deyib ki, əgər xaricdə olan fərrarilər gəlib Ermənistanda hərbi xidmətə getsələr, onların cinayət məsuluyyətinə cəlb olunmamaları barədə göstəriş verəcək.

Ermənistanda orduya yay çağırışı iyulun 1-dən başlayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG