Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:22

Sənayedə istehsal artıb


Dövlət Statistika Komitəsi

2018-ci ilin yanvar-aprel aylarında Azərbaycanda sənaye sahəsində 15 milyard manatlıq məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0.9 faiz çoxdur.

Sənayenin qeyri-neft sektorunda istehsalın 10.8 faiz artdığı, neft sektorunda isə 0.6 faiz azaldığı bildirilir.

Statistik məlumata görə, sənaye məhsulunun əsas hissəsi - 73 faizi mədənçıxarma sektorunun payına düşür.

Günün bütün mövzuları

XS
SM
MD
LG