Keçid linkləri

Təcili xəbərlər
2020, 01 Noyabr, bazar, Bakı vaxtı 02:49

Prezident İ.Əliyev Böyük Britaniyadadır


İ.Əliyev

Azərbaycan prezidenti İlham Əliyev Böyük Britaniyaya səfər edib.

Prezidentin mətbuat xidmətinin məlumatına görə, İ.Əliyev bu gün, aprelin 26-da Londonda Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə dövlət naziri, hökumətlərarası komissiyanın həmsədri Baronessa Rona Feyrhed ilə görüşüb.

Görüşdə R.Feyrhedin İ.Əliyevi bu il aprelin 11-də Azərbaycanda keçirilən seçkilərdə qazandığı qələbə münasibətilə təbrik etdiyi bildirilir.

Söhbət zamanı ikitərəfli münasibətlərin inkişafı, xüsusilə investisiya, biznes əlaqələri, kənd təsərrüfatı sahələrində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıldığı da vurğulanır.

Bundan bir qədər əvvəl isə İ.Əliyevin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa, Amerika məsələləri üzrə dövlət naziri Alan Dunkan ilə görüşdüyü açıqlanıb.

Söhbət zamanı ikitərəfli və regional əməkdaşlıq, qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirə olunduğu qeyd edilir.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi barədə fikir mübadiləsi aparıldığı da açıqlanıb.

İ.Əliyevin bu səfəri çərçivəsində Böyük Britaniya parlamentinin bir qrup üzvü ilə də görüşdüyü ilə də bağlı məlumat yayılıb. Bu görüşdə İcmalar Palatasının üzvü, Azərbaycan ilə dostluq qrupunun sədri Bob Bləkmən, Lordlar Palatasının üzvü Lord Devid Evans və İcmalar Palatasının üzvü, Şimali İrlandiya üzrə dövlət nazirinin müavini Devid Morrisin iştirak etdiyi açıqlanıb.

Prezident İ.Əliyevin başqa bir görüşü BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə olub.

Verilən məlumata görə, həmin görüşdə «Şahdəniz» layihəsi üzrə görülən işlər, həmçinin bu ilin iyununda TANAP (Trans-Anadolu qaz kəməri-R) layihəsinin açılışının nəzərdə tutulması ilə bağlı fikir mübadiləsi aparılıb. Görüş zamanı Azərbaycan ilə BP şirkəti arasında uzun illərdir davam edən əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluğun da ifadə olunduğu bildirilir.

Multimedia

XS
SM
MD
LG