Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 10:21

Baltik ölkələri Trump-dan nə istəyəcək


Arxiv fotosu
Arxiv fotosu

Üç Baltik ölkəsinin liderləri ABŞ prezidenti Donald Trump-dan xahiş edəcək ki, Rusiyanı önləmək məqsədiylə NATO-nun şərq qanadında ABŞ qüvvələrini möhkəmləndirsin. Onların belə bir xahişlə aprelin 3-də Ağ evdə planlaşdırılan görüşdə çıxış edəcəyi gözlənir.

Litva prezidenti Dalia Grybauskaite, Estoniya prezidenti Kersti Kaljulaid və Latviya prezidenti Raimonds Vejonis Avropa Birliyində Rusiyanı ən çox tənqid edənlər sırasındadırlar. Trump-ın Kremllə bağlı qarışıq niyyətlər sərgilədiyi bir məqamda ona baş çəkirlər.

*** Buna da bax: Polşa Amerikadan Patriot raketləri alır

“HAVA MƏKANIMIZ MÜDAFİƏ OLUNMALIDIR”

Britaniyada rusiyalı keçmiş casusun zəhərlənməsində Moskvanın iddia olunan rolu ucbatından Vaşinqton rusiyalılara yeni sanksiyalar qoyub və Rusiyanın 60 diplomatını ölkədən qovub. Ancaq Trump Rusiya prezidenti Vladimir Putin-ə bu yaxınlarda telefon zəngində onunla şəxsən görüşməyi təklif edib.

Litvanın aparıcı rəsmisinin “Frans Pres” agentliyinə deməsinə görə, Baltik liderləri Trump-dan xahiş edəcəklər ki, Balkanlarda hərbi oyunlara Patriot təyyarə əleyhinə uzaqmənzilli havadan müdafiə sistemlərini tez-tez göndərsin. Rəsmi deyib ki, onlar da NATO-nun Avropada daha böyük antiraket qalxanının bir hissəsinə çevrilmək istəyirlər.

Ümid edirəm, Birləşmiş Ştatlar və digər müttəfiqləri anlayırlar ki, Baltik ölkələrinin hava məkanı mühafizə və müdafiə olunmalıdır”, – Litva prezidenti Grybauskaite səfər öncəsi ölkəsinin LRT ictimai televiziyasına deyib.

“ABŞ əsgərlərinin Baltik ölkələrinin hamısının ərazisində daimi rotasiya əsasında qalması vacibdir”, – o vurğulayıb.

*** Buna da bax: Rusiya Türkiyəyə S-400-ləri satır, ‘sirlərini’ yox

Ötən il NATO Rusiyanın mümkün avantürasına qarşı Polşa və Baltik ölkələrində dörd transmilli batalyon yerləşdirib. ABŞ ordusu isə Litvada təlimlərə Patriot sistemlərini yollamışdı.

ABŞ-ın vitse-prezidenti Mike Pence iyulda Estoniyaya Patriot yerləşdirməyin mümkünlüyündən danışırdı.

BALTİK ƏHALİSİNİN ƏNDİŞƏSİ

Trump 2016-cı ildə seçki kampaniyası zamanı NATO-nun əhəmiyyətiylə bağlı suallar qaldırır, Rusiya prezidenti Vladimir Putin-i tənqid etməyə həvəs göstərmirdi. Rəy sorğuları bu məqamların Baltik ölkələri vətəndaşlarını əndişələndirdiyini üzə çıxarıb.

Ancaq yenə də rəy sorğularına görə, Trump Avropadakı ABŞ qüvvələrinin maliyyəsini artırmaq, Ukraynaya antitank raketləri göndərmək qərarı verəndən sonra ictimai əhval-ruhiyyə də dəyişib.

Trump indiyədək bəzi avropalı müttəfiqlərini NATO-ya müdafiə xərclərini artırmadıqlarına görə tənqid edib. Ancaq onun Baltik ölkələri prezidentlərini tərifləyəcəyi gözlənir. Belə ki, onlar ümumdaxili məhsulun 2 faizini müdafiəyə xərcləməyə razılaşıblar.

*** Buna da bax: Trump Rusiyanı 'düşmən rejimləri' dəstəkləməməyə çağırıb

Baltik-ABŞ sammiti çərçivəsində biznes forum da keçiriləcək. Litva Rusiya qazından asılılığını azaltmaq məqsədiylə Birləşmiş Ştatlardan maye təbii qazın idxalını artırmaq istəyir.

Toplam altı milyon əhalisi olan Baltik ölkələri 2-ci Dünya Müharibəsi zamanı Moskva tərəfindən işğal və ilhaq olunub.

1991-ci ildə Sovet İttifaqından ayrılmış bu ölkələr 2004-cü ildə Avropa Birliyi və NATO-ya qoşulublar.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG