Keçid linkləri

2024, 20 May, Bazar ertəsi, Bakı vaxtı 18:24

Polşa Amerikadan Patriot raketləri alır


Polşanın müdafiə naziri Mariusz Blaszczak (solda) və ABŞ-ın Polşadakı səfiri Paul Jones imzalanma mərasimində
Polşanın müdafiə naziri Mariusz Blaszczak (solda) və ABŞ-ın Polşadakı səfiri Paul Jones imzalanma mərasimində

Polşa Birləşmiş Ştatlarla Patriot hava hücumundan müdafiə raket sistemlərinin alınmasına dair 4, 75 milyard dollarlıq saziş imzalayıb.

Varşava Rusiyanın getdikcə artan təcavüzkarlığının qarşısında özünün müdafiə sistemini möhkəmlənidrməyə çalışır.

Polşa prezidenti Andrzej Duda ən mükəmməl antitəyyarə və antiraket sistemlərinin alınmasına dair sazişin imzalanmasını Polşa və onun silahlı qüvvələri üçün “tarixi” hadisə adlandırıb.

Duda deyib ki, söhbət çox bahalı silahdan gedir, lakin ölkənin milli təhlükəsizliyi bundan daha qiymətlidir.

Polşa prezidenti bunu da deyib ki, Patriot antiraket sistemi NATO və Polşadakı ABŞ qüvvələrinin istifadə etdiyi sistemə tam uyğundur.

Bu da xəbər verilir ki, antiraket sisteminin bəzi komponentləri Polşada istehsal olunacaq.

ABŞ-dan Patriot havadan müdafiə sisteminin alınması üçün ötən il Rumıniya 3, 9 milyard dollar ödəyib.

Yeni sistem Rumıniyaya gələn il gətiriləcək.

AzadlıqRadiosu xəbər verir ki, hazırda NATO-nun şərq cinahında Polşa və Rumıniya xüsusilə böyük əhəməiyyətə malikdirlər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG