Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:18

Trump Rusiyanı 'düşmən rejimləri' dəstəkləməməyə çağırıb


ABŞ przezidenti Donald Trump bəyan edib ki, Rusiya Ukraynadakı vəziyyətin sabitsizləşdirilməsinə, habelə onun təbirincə deyilsə, Suriya və İran kimi “düşmən rejimlərin” dəstəklənməsinə son qoymalıdır.

Varşavada çıxış edən Trump deyib ki, “biz Rusiyanın Ukraynada və başqa yerlərdə sabitliyi pozan fəaliyyətinə, habelə Suriya və İran da daxil düşmən rejimləri dəstəkləməsinə son qoymasını istəyirik”.

ABŞ prezidenti bunun əvəzində Rusiyanı “ümumi düşmənlərin əleyhinə və bəşəriyyətin özünün müdafiəsi uğrunda mübarizə aparan məsuliyyətli ölkələrin birliyinə qoşulmağa” dəvət edib.

Bundan əvvəl Polşa prezidenti Andjey Duda ilə görüşən Donald Trump ona Rusiyanın “sabitliyi pozan davranışına qarşı” mübarizə aparacağını vəd edib.

Trump Polşaya Almaniyanın Hamburq şəhərində iyulun 7-də keçirləcək G20 sammitinə qatılmazdan əvvəl gəlmişdi. Eyni gündə, bu sammitin kuluarlarında onun Rusiya prezidenti Vladimir Putinlə görüşü nəzərdə tutulub.

Kremlin sözçüsü Dmitri Peskov iyulun 4-də bildirmişdi ki, iki lider beynəlxalq terrorçuluq, Suriya və Ukrayna, habelə “tərksilah” məsələlərini müzakirə edəcəklər.

Peskov demişdi ki, görüşdən əsas məqsəd “işçi dialoqun” qurulmasıdır.

O bildirmişdi ki, günü-gündən artan münaqişə və böhranların həlli üçün belə bir dialoqun “həyati əhəmiyyəti” var.

AzadlıqRadiosu yazır ki, Polşada olarkən Trump Vladimir Putini qıcıqlandıra biləcək bir sıra bəyanatlar verib.

O, ilk növbədə ABŞ-ın NATO nizamnaməsinin 5-ci maddəsinə sadiq qaldığını təsdiq edib. Bu maddə alyansın bir üzvü üzərinə hücum baş verdikdə, qalan üzvlərin onun müdafiəsinə gəlməsini nəzərdə tutur.

Şərhçilər bildirirlər ki, bu bəyanatı təkcə Polşa yox, eləcə də Baltik ölkələri gözləyirdilər.

Bu ölkələr Rusiyanın artmaqda olan təcavüzkar hərəkətlərindən narahatdır.

Trump-ın verdiyi bəyanatların əməli tərəfi də var. Ağ Ev bu ilin sonunadək Polşaya Patriot havadan müdafiə sistemlərinin verilməsi qərarını təsdiq edib.

Obama administrasiyası Rusiya ilə münasibətlərin yenidən qurulacağına ümid edərək 2009-cu ildə bu planları təxirə salmışdı.

Bundan başqa Trump Polşanın Rusiyadan iqtisadi asılılığının azaldılması üçün bu ölkəyə ABŞ-dan maye qazın ixrac olunacağını bir daha təsdiqləyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG