Keçid linkləri

Təcili xəbərlər
2018, 16 İyul, Bazar ertəsi, Bakı vaxtı 08:44

Seul – Pxenyan sammiti keçiriləcək


Kim Jong Un (solda) və Moon Jae-In

Şimali Koreya lideri Kim Jong Un aprelin 27-də sərhəd kəndində Cənubi Koreya prezidenti Moon Jae-in ilə görüşəcək.

Xəbəri martın 29-da Cənubi Koreyanın Yonhap xəbər agentliyi ölkə rəsmilərinə istinadla yayıb.

Bu, 1950-53-cü il Koreya müharibəsindən bəri üçüncü belə samit olacaq və Şimalın nüvə proqramıyla bağlı gərginliyin azaldılmasını hədəfləyən qlobal diplomatik cəhdlər üçün vacib sayılır.

Açıqlama martın 28-də sərhəd Panmunjom kəndində iki ölkə arasındakı yüksək səviyyəli görüşdən sonra verilib.

Yonhap-ın yazmasına görə, tərəflər aprelin 4-də protokol, təhlükəsizlik və medianın işini müzakirə etməkdən ötrü hazırlıq görüşü keçirəcəklər.

Bu həftə Kim Pekinə qəfil səfər edərək Çin prezidenti Xi Jinping-lə görüşüb.

Kim-lə ABŞ prezidenti Donald Trump-ın isə mayın sonunadək görüşəcəyi gözlənir.

Koreya liderlərinin daha öncəki görüşləri 2000 və 2007-ci illərdə keçirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG