Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:40

Ordu təlimlərə başlayıb


Hərbi təlimlər

Bu gün, martın 12-dən Azərbaycan Ordusu genişmiqyaslı təlimlərə başlayıb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, təlimlərdə müxtəlif qoşun növləri, birlik və birləşmələri iştirak edir.

«Təlimlərə 25 min nəfərədək şəxsi heyət, 250-dək tank, digər zirehli texnika, 1000-dək müxtəlif çaplı raket, artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi, minaatan, 50-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunub», - məlumatda vurğulanır.

Təlimlərin martın 17-dək davam edəcəyi bildirilir.

XS
SM
MD
LG