Keçid linkləri

Təcili xəbərlər
2021, 10 Aprel, şənbə, Bakı vaxtı 16:02

Kabildə 9 nəfər, ucqar vilayətdə 10 polis əməkdaşı öldürülüb


Kabil, partlayış ərazisi

Rəsmilər ölənlərdən birinin polis əməkdaşı olduğunu bildirir. Hücumu İslam Dövləti (İŞİD) silahlı qruplaşmasından olan intiharçı törədib.

Hadisə şiə xəzər (hazar) etnik icmasının keçmiş lideri Abdul Ali Mazari-nin ölümünün 23-cü ildönümü tədbirində baş verib. Onu da vaxtilə Taliban qətlə yetirib.

Daxili İşlər Nazirliyi hücumda azı 9 nəfərin öldürüldüyünü, 18 nəfərin yaralandığını bildirib.

Hücuma görə məsuliyyəti İŞİD üzərinə götürüb.

Əfqanıstan prezidenti Ashraf Ghani hücumu pisləyib.

***

Martın 9-da Əfqanıstanın paytaxtı Kabilin şiələr yaşayan ərazisində intiharçı özünü partladıb. Rəsmilər azı 7 nəfərin həlak olduğunu deyirlər.

Ölkənin ucqar Taxar vilayətində hərbi posta Taliban hücumunda isə 10 polis əməkdaşı həlak olub, doqquzu yaralanıb.

Vilayət polisinin sözçüsü Khali Aseir ötən gecə posta xeyli sayda talibançının hücum etdiyini bildirib.

Öldürülən 10 polis pusquya salınıb.

Taliban sözçüsü Zabihullah Mujahid hücuma görə məsuliyyəti götürüb. O, Taliban hücumu nəticəsində daha çox adamın öldürüldüyünü bildirib, amma silahlılar adətən itki sayını şişirdirlər.

Bu region ucqarda yerləşdiyindən məlumatı müstəqil mənbədən təsdiqlətmək mümkün olmayıb.

XS
SM
MD
LG