Keçid linkləri

Təcili xəbərlər
2021, 20 İyun, bazar, Bakı vaxtı 00:37

Bakıda çiskinli, bölgələrdə yağışlı hava


Yağış

Martın 6-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi, gecə bəzi yerlərdə çiskinli olacağı gözlənir. Arabir güclənən şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəzlənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 7-9 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında isə arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz əksər rayonlarda yağıntının tədricən kəsiləcəyi gözlənir. Şərq küləyi əsəcək, gecə və səhər arabir güclənəcək. Gecə 2-7, gündüz 8-13, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-7 dərəcə isti olacağı təxmin edilir.

XS
SM
MD
LG