Keçid linkləri

Təcili xəbərlər
2018, 21 İyun, Cümə axşamı, Bakı vaxtı 19:53

Səhiyyə və sosial təminat müəssisələrində çalışan işçilərin əməkhaqları artırılır.

Prezident İlham Əliyev martın 1-də bununla bağlı iki sərəncam imzalayıb.

Hər iki sərəncamın qeyd olunan müəssisələrdə çalışan işçilərin sosial müdafiəsini daha da gücləndirmək məqsədi daşıdığı bildirilir.

Sərəncamlara əsasən, dövlət büdcəsindən maliyyələşdirilən sosial təminat və səhiyyə müəssisələrində çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 10 faiz artırılıb.

Buna da bax: Azərbaycanda maaş, təqaüd və müavinətlər adətən nə zaman artır? [video]

Artım qərarı martın 1-dən hesablanacaq.

Prezident İ.Əliyev dünən, fevralın 28-də isə təhsil müəssisələrində çalışan işçilərin əməkhaqlarını yüksəltmişdi. O, bununla bağlı da iki sərəncam imzalamışdı.

Həmin sərəncamlara əsasən, dövlət büdcəsindən maliyyələşdirilən təhsil müəssisələrində (ali təhsil müəssisələri istisna olmaqla) və elmi müəssisə və təşkilatlarda çalışan işçilərin maaşları martın 1-dən orta hesabla 10 faiz artıb.

Xatırlatma

Prezident İlham Əliyev son həftələr bəzi təqaüd və müavinətlərin artırılması ilə bağlı da sərəncamlar verib. Həmin artımlar da martın 1-də qüvvəyə minəcək. Amma bu artımlar 10 faizdən 70 faiz arasında dəyişir.

Bəzi ekspertlər, eləcə də müxalif siyasi qüvvə təmsilçiləri ölkə başçısının bu sərəncamlarının düzgün vaxtda verilmədiyini düşünürlər. Onlar əməkhaqlarının artırılmasını təqdir edirlər. Ancaq onu xüsusi qeyd edirlər ki, ölkə başçısının növbədənkənar prezident seçkiləri öncəsində belə qərarlar verilməsi həm də seçkidə səslərin əldə edilməsinə yönəlib. Onlar hesab edirlər ki, bu sərəncamlar ötən ilin sonu növbəti dövlət büdcəsi layihəsi qəbul edilərkən verilsəydi düzgün olardı.

Ancaq hakimiyyətin tərəfdarları da deyir ki, prezident daimi olaraq əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətdə addımlar atır. Onların fikrincə, bu sərəncamlar qanunvericiliklə də ziddiyyət təşkil etmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG