Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:56

Azərbaycanda maaş, təqaüd və müavinətlər adətən nə zaman artır? [video]


İlham Əliyevin sərəncamları: Pensiya artımı, yoxsa seçki təbliğatı?
Gözlə

No media source currently available

0:00 0:14:34 0:00

İlham Əliyevin sərəncamları: Pensiya artımı, yoxsa seçki təbliğatı? [A-Live]

Prezident İlham Əliyev bu ay bəzi maaş, pensiya və müavinətləri artırıb. Bu artım ölkədəki qiymət artımı ilə ayaqlaşa bilirmi?

Məsələn, dövlət statistikasına görə, 2017-ci ildə ərzaq inflyasiyası 16 faizdən çox olub, müstəqil təhlilçilər reallıqda bu rəqəmin daha yüksək olduğunu deyirlər. Fevralın 21-də prezidentin sərəncamı ilə pensiyalar 5,7 faiz artırılıb. Keçən ildən köhnə pensiyaçıların təqaüdünün inflyasiyaya uyğun artırılması dayandırılıb

İndi pensiyanın baza hissəsi orta aylıq əmək haqqının artım tempinə uyğun qaldırılır, nəticədə pensiyaçı iki dəfəyə qədər az artım alır.

80 yaşlı Bakı sakini Cəmilə Bayramova deyir ki, artımdan sonra pensiyası 100 manat olub, amma bu pula dolanmaq mümkün deyil.

Buna da bax: 'Seçki ərəfəsində səxavət boğçası'

- Deyəcəm… 100 manat verir. O da təzəlikcə oldu. Əvvəl 70 manat idi.
- Dolanmaq olurmu o pulla?
- Budur, işləyirəm. Küçə süpürürəm axşama kimi. Burdan da Allah bərəkət versin, qəpik- quruş alırıq.

Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğlu deyir ki, pensiyalar elə aylıq orta aylıq əməkhaqqı həddində olmalıdır.

Qubad Ibadoğlu
Qubad Ibadoğlu

Keçən il Azərbaycanda orta aylıq əmək haqqı 504 manat olub.

Buna da bax: Fəxri adlar və bəzi başqa prezident təqaüdləri də artırıldı

Prezidentin sərəncamı ilə məcburi köçkünlərin vahid aylıq müavinətinin məbləği də martın 1-dən 10 faiz artırılıb.

Qubad İbadoğlu hesablayıb ki, reallıqda məcburi köçkünlərin müavinəti cəmi 3 manat 60 qəpik artacaq.

Hökumət təmsilçiləri rəsmi təbliğat orqanlarında çıxışlarında deyirlər ki, maaş və pensiyaların çox artırılması, bazarda pul kütləsini artıra, inflyasiyasını sürətləndirə bilər.

Bakı Dövlət Universitetinin İqtisadiyyat kafedrasının müəllimi Toğrul Maşallı bununla razılaşmır:

Buna da bax: Sosial müavinətlər də 10 faiz artdı

Maaş və pensiyaların artımı inflyasiyanı 1 faiz artıra bilər, bu isə böyük rəqəm deyil. İnflyasiyanı artıran əsasən dövlət xərcləridir.

İqtisadçı alim Qubad İbadoğlu deyir ki, son iki ildə inflyasiya ikirəqəmli olub, qiymətlər real bazarda 25-30 faiz artıb. Pensiya və əmək haqları isə ən yaxşı halda 10 faiz artıb – qiymət artımından 3 dəfə az.

Bakı sakinlərinin təklifi nədir? Maaş və pensiyalar nə qədər olsa, normal dolanışığa bəs edər?:

Maaş və pensiyalar nə qədər artsın?
Gözlə

No media source currently available

0:00 0:01:30 0:00

Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu deyir ki, təsadüfi deyil ki, artım prezident seçkisi ərəfəsində baş verir, onun fikrincə, prezident bununla özünün siyasi nüfuzunun qayğısına qalır.

Buna da bax: Sosial sığorta borcları bağışlanır?

Azərbaycan qanunları fəaliyyətdə olan prezidentin, namizəd olsa belə, seçkiöncəsi seçicini məmnun edəcək addımlar atmağı qadağan etmir.

MSK-nin keçmiş üzvü, hüquqşünas Akif Qurbanov isə düşünür ki, qanunun bu normasını dəyişmək lazımdır:

Akif Qurbanov
Akif Qurbanov

"Prezident adətən belə sərəncamları ilin əvvəlində və ya sonunda və ya büdcə qəbul olunanda verirdi və bəri başdan bilinirdi ki, pensiya və maaşlar necə artacaq. Bunları saxlayıb, seçki dövründə verdikdə, məlum olur ki, bu, kampaniya xarakteri daşıyır və məqsəd də seçicilərin rəyinə təsir etməkdir".

Akif Qurbanov deyir ki, indiki qanun hakimiyyətdə olmayan namizədin, müxalifətin əleyhinədir.

Buna da bax: İqtisadçı: 'Pensiyalarda bu artım 1 kiloqram kərə yağı etmir'

Hakimiyyət yetkililərindən bu arqumentə cavab almaq mümkün olmayıb, onlar gün ərzində telefonlara cavab verməyiblər.

Fevralın 8-də, hakim Yeni Azərbaycan Partiyası üzvü Aydın Mirzəzadə “Bakupost” qəzetinə müsahibəsində deyib ki, müxalifət ümumiyyətlə seçkiyə hazır deyil, onların cəmiyyətə təqdim etməyə proqramları, cəmiyyəti birləşdirəcək namizədləri yoxdur.

Bu seçkini hakimiyyəti kəskin tənqid edən müxalifət partiyaları boykot edib. Onlar seçkinin azad və ədalətli şəraitdə keçirilməyəcəyini, nəticənin bəri başdan bəlli olduğunu, indiki prezidentin qalib elan olunacağını deyirlər.

Buna da bax: Camaat ümidini niyə ölkənin hakim ailəsinə bağlayır? [video]

İlham Əliyev isə çıxışlarında bildirib ki, seçki demokratik keçəcək.

İlk dəfədir ki, İlham Əliyev prezident seçkisinə iqtisadi çətinlik şəraitində seçkiyə gedir. Son dörd ildə manat 2 dəfədən artıq dəyərdən düşüb, qiymətlər qalxıb, əhalinin bank borcları artıb.

Buna da bax:

Sosial borclar silinir - Bəs, əhalinin bank borcu?
Gözlə

No media source currently available

0:00 0:14:51 0:00

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG