Keçid linkləri

Təcili xəbərlər
2020, 07 Avqust, Cümə, Bakı vaxtı 23:21

Sosial müavinətlər də 10 faiz artdı


Arxiv fotosu

Azərbaycanda sosial, beşdən çox uşağı olan qadınlara verilən və uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara ayrılan aylıq müavinətlərin məbləği artırılır.

Prezident İlham Əliyev bu gün, fevralın 23-də bununla bağlı sərəncamlar imzalayıb.

Sosial, beşdən çox uşağı olan analara verilən və uşağa qulluğa görə ayrılan müavinətlər 10 faiz artırılacaq. Artımlar martın 1-dən hesablanacaq.

Son bir ildə ölkədə sosial müavinət alan ailələrin sayının azaldığı bildirilirdi. Ötən ilin sonunda bununla bağlı 9 aya aid rəsmi göstəricilər açıqlanmışdı.

Buna da bax: Fəxri adlar və bəzi başqa prezident təqaüdləri də artırıldı

Həmin məlumata görə, ölkədə hesabat dövründə 98.3 min aztəminatlı ailənin 404.6 min nəfər üzvü ünvanlı dövlət sosial yardımı alıb. Bir nəfərə düşən orta aylıq məbləği 36 manat təşkil edib. Cari ilin əvvəli ilə müqayisədə ünvanlı dövlət sosial yardımı alanların sayı 27.5 faiz azalıb.

Buna da bax: 'Seçki ərəfəsində səxavət boğçası'

Xatırlatma

Prezident İlham Əliyev fevralın 19-da 20 Yanvar, müharibə əlilləri və şəhid ailələri kateqoriyasına daxil olan insanlara verilən prezident təqaüdünün 10 faiz artırılması ilə bağlı da sərəncam imzalamışdı.

Fevralın 20-də də Milli Qəhrəmanlara, 1941-1945-ci illər İkinci Dünya müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan olan şəxslərə və Əfqanıstanda həlak olan hərbi qulluqçuların ailələrinə verilən təqaüdlərin məbləği də artırılmışdı.

Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş hər bir şəxsə prezident təqaüdü 1300 manatdan 1500 manata yüksəldilib.

Qalanlarının təqaüdünə martın 1-dən 10 faiz əlavə edilməlidir.

Fevralın 21-də də məcburi köçkünlərin 36 manat məbləğdə vahid aylıq müavinəti 10 faiz artırılıb.

Dünən, fevralın 22-də isə prezidentin fərdi, xüsusi təqaüdlər, və fəxri adlara görə aylıq təqaüdlər çoxaldıb.Bu artımlar isə 10 və 70 faiz arasında dəyişir.

XS
SM
MD
LG