Keçid linkləri

Təcili xəbərlər
2018, 25 İyun, Bazar ertəsi, Bakı vaxtı 08:05

Məcburi dövlət sosial sığorta sahəsində ödənilməyən borcların və sanksiyaların silinəcəyi bildirilir. Prezidenti İlham Əliyevin Milli Məclisə (MM) bununla bağlı təklif göndərdiyi deyilir.

APA-nın xəbərinə görə, söhbət «Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında» Qanun layihəsindən gedir.

Xəbərə görə, layihədə əhalinin məcburi dövlət sosial sığorta sahəsində 2006-cı ilin 1 yanvar tarixinə yaranan, bu ilin aprelin 1-nə qədər ödənilməmiş borclarının və 2015-ci ilə qədər qoyulan maliyyə sanksiyalarının silinməsi nəzərdə tutulur.

Parlament bəyənərsə, qanun bu il aprelin 1-dən qüvvəyə minəcək.

Sənədə görə, 2018-ci ilin aprel-may ayları ərzində həmin maliyyə sanksiyalarının 10 faizi ödənildikdə - maliyyə sanksiyalarının ödənilməmiş 90 faizi silinəcək.

2018-ci ilin aprel-iyul ayları ərzində həmin maliyyə sanksiyalarının 30 faizi ödənildikdə, ödənilməmiş 70 faizi bağışlanacaq.

Aprel-sentyabr ayları ərzində həmin maliyyə sanksiyalarının 50 faizi ödənilərsə, yerdə qalan hissə ilə də bağlı hər hansı iddia olmayacaq.

Xatırlatma

2016-cı ilin sonunda Azərbaycan parlamenti «Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında» Qanun qəbul etmişdi. Həmin qanun daha çox «vergi amnistiyası» kimi dəyərləndirilirdi.

Həmin qanuna görə, amnistiya 2017-ci ilin yanvarın 1-dək vergi borcu olan hüquqi və fiziki şəxslərə şamil olunmuşdu.

Qanunun icrası ilə bağlı Vergilər Nazirliyinin açıqladığı bilgilərdən aydın olurdu ki, ondan daha çox elə dövlət qurumları yararlanıblar.

Həmin vaxt vergi borcu silinənlər arasında Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi (22 milyon 676 min 116 manat), Gənclər və İdman Nazirliyi (4 milyon 175 min 386 manat), Nəqliyyat Nazirliyi (1 milyon 998 min 41 manat), Əmlak Məsələləri Dövlət Komitəsi (14 milyon 145 min 400 manat) də vardı.

Günün bütün mövzuları

XS
SM
MD
LG