Keçid linkləri

2026, 11 May, bazar ertəsi, Bakı vaxtı 16:31

Partlayışda xəsarət alan həkim də vəfat edib

Milli Onkologiya Mərkəzi
Milli Onkologiya Mərkəzi

Milli Onkologiya Mərkəzindəki partlayışda yaralanan həkim-radioloq Asif Nəsirli vəfat edib.

Həkim-radioloq A.Nəsirli 2008-ci ildən Milli Onkologiya Mərkəzinin Şüa terapiyası şöbəsində və Uşaq klinikasında radiasiya onkoloqu vəzifəsində çalışıb.

+++

Aprelin 30-da saat 14:00 radələrində Bakıda yerləşən Milli Onkologiya Mərkəzində partlayış baş verib.

Baş Prokurorluğun açıqlamasında deyilir ki, Onkologiya Mərkəzində qeydiyyatda olan xəstənin özü ilə gətirdiyi partlayıcı maddə işə düşüb. Xəstə hadisə yerində ölüb, ağır bədən xəsarətləri alan həkim-radioloq isə xəstəxanaya yerləşdirilib.

İstintaqın rəsmi versiyasına görə, onkoloji xəstə Mübariz Əliyevin qanunsuz gəzdirdiyi partlayıcı vasitəni Radiologiya şöbəsində işə salaraq həkim Asif Nəsirovu qəsdən öldürmək istədiyinə dair əsaslı şübhələr var.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd) və 228.1-ci (qanunsuz olaraq partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

Rəsmi açıqlamaya, hələlik, nə mərhumun yaxınlarından, nə həkimdən, nə də Milli Onkologiya Mərkəzinin rəhbərliyindən münasibət almaq mümkün olub.

Xərçənglə mübarizə sadə vətəndaş üçün əlçatandırmı? – 'Vəsait ehtiyacın 1/10-ni belə ödəmir'
Gözlə

No media source currently available

0:00 0:02:59 0:00

Xatırlatma

Azərbaycanda onkoloji xəstəliklərin müalicəsi icbari tibbi sığorta zərfinə daxil deyil. Xəstələrin yaxınlarından müalicənin bahalığı və keyfiyyəti ilə bağlı tez-tez şikayətlər eşidilir. Amma rəsmi qurumların bu şikayətlərlə bağlı araşdırmalar apardığı ictimaiyyətə bəlli deyil.

XS
SM
MD
LG