Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Aprel, çərşənbə, Bakı vaxtı 16:40

Hökumət indi də çayçılığa dəstək verəcək


Astara. Çay sahələri.

Prezident İlham Əliyev bu gün, fevralın 12-si “Azərbaycanda çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı”nı təsdiq edib.

Ölkə başçısının imzaladığı sərəncamda bildirilir ki, məqsəd çayçılığın inkişaf etdirilməsi, tələbatın yerli istehsal hesabına təmin olunması, ixrac potensialının artırılması, kənd əhalisinin məşğulluğunun və maddi rifahının yüksəldilməsidir.

Sərəncamla dövlət proqramının icrası maliyyə, iqtisadiyyat və kənd təsərrüfatı nazirliklərinə, habelə Nazirlər Kabinetinə həvalə edilib.

Ölkə başçısının imzaladığı dövlət proqramında isə vurğulanır ki, “Çayçılıq haqqında” qanunun qəbul edilməsi ölkədə bu sahənin inkişafından ötrü əlverişli mühit yaradıb.

Buna da bax:​ Prezident sitrus meyvələri, çay və çəltik istehsalına diqqəti artırır

Dövlət proqramının məqsədinə çatmasından ötrü azı 9 vəzifənin yerinə yetirilməsi nəzərdə tutulur.

Çayçılığın inkişaf etdirilməsi üzrə institusional tədbirlər həyata keçirilməli, normativ hüquqi baza təkmilləşdirilməli, elmi təminat və kadr potensialı gücləndirilməlidir.

Çay emalı potensialının artırılması, infrastruktur təminatının yaxşılaşdırılması, innovativ texnologiyaların tətbiqinin dəstəklənməsi və investisiyaların cəlbi də vəzifələr sırasındadır.

Buna da bax:​ Astarada qəbula gələn: 'Nazir mənə 5 manat versin, çörəkpulu edim'

Həmçinin, çay məhsullarının rəqabət qabiliyyətinin artırılması, ixracının dəstəklənməsi və təşviqi, kooperasiyanın inkişaf etdirilməsi də nəzərdə tutulur.

Dövlət proqramının dövlət büdcəsi, büdcədənkənar fondlar, yerli və xarici investisiyalar hesabına təmin edilməsi nəzərdə tutulur.

Proqramın hədəfi 2027-ci ilədək əkin sahələrinin 3000 hektara, yaşıl çay yarpağı yığımının 8,5 min tona çatdırılmasıdır.

Xatırlatma

2017-ci ildə çay plantasiyalarının sahəsi 1114,3 hektar təşkil edib. Həmin sahələrdə 775,2 ton məhsul istehsal edilib.

Azərbaycanda bu yaxınlarda çəltikçiliyin, pambıqçılığın və daha bir neçə sahənin də inkişafı ilə bağlı da oxşar proqramlar qəbul edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG