Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Fevral, Cümə, Bakı vaxtı 18:42

Elman Rüstəmov: “Makroiqtisadi dayanıqlığın əsasları yaradılıb”


Elman Rüstəmov

“Son illərdə həyata keçirilən davamlı stabilləşdirmə tədbirləri nəticəsində ölkədə makroiqtisadi sabitlik və dayanıqlığın əsasları yaradılıb”.

Mərkəzi Bankın İdarə Heyətinin fevralın 3-dədə keçirilən toplantısında sədr Elman Rüstəmov belə deyib.

Onun sözlətrinə görə, ölkədə tədiyə balansı tarazlaşıb, valyuta ehtiyatlarına təzyiq azalıb, milli valyutanın xarici dəyəri sabitləşib, inflyasiya gözləntiləri nisbətən səngiyib.

“2017-ci ildə makroiqtisadi sabitlik meyillərinin yaranması qeyri-neft sektorunda iqtisadi artımın bərpasına şərait yaradıb. Ötən il qeyri-neft sektorunda ümumi daxili məhsul real olaraq 2.7 faiz artıb”, E.Rüstəmov bildirib.

Onun sözlərinə görə, valyuta bazarında təklifin tələbi üstələməsi şəraitində manat ilin əvvəlindən 4 faiz möhkəmlənib.

Bank sədri qeyd edib ki, bu inflyasiya gözləntilərinə və dollarlaşmaya müsbət təsir göstərib.

Tədiyə balansındakı profisitin ölkənin strateji valyuta ehtiyatlarının artmasına şərait yaratdığını vurğulayan E.Rüstəmov bildirib ki, bu 2017-ci ilin əvvəli ilə müqayisədə 4,2 mlrd. dollar artıb. İlin sonunda ehtiyatlar 42 mlrd. dollar təşkil edib. Mərkəzi Bankın özünün valyuta ehtiyatlarının da artdığı qeyd edilib.

E.Rüstəmov 2018-ci ildə başlıca vəzifənin makroiqtisadi sabitliyin dayanıqlığının gücləndirilməsi olduğunu vurğulayıb. O, əlavə edib ki, Mərkəzi Bank 2018-ci ildə inflyasiyanı 6-8 faiz civarında saxlamağa çalışacaq.

“2018-ci ilvə ortamüddətli dövr Azərbaycanda yeni iqtisadi inkişaf modelinə keçidə, dayanıqlı iqtisadi artıma nail olmaq baxımından mühüm əhəmiyyət kəsb edir. Bu dövrdə makroiqtisadi və maliyyə sabitliyinin qorunması dayanıqlı iqtisadi artım üçün baza şərti olacaq. Mərkəzi Bank mandatına uyğun olaraq özünün stabilizasiya xarakterli balanslı pul siyasəti ilə əldə olunmuş makroiqtisadi və maliyyə sabitliyinin dayanıqlığının təmin edilməsinə zəruri dəstək verəcək”, o, bildirib.

Xatırlatma

Dövlət Statistika Komitəsi ötən il ölkədə inflyasiyanın 13 faiz civarında olduğunu açıqlayıb. Müstqil ekspertlər isə deyir ki, bu reallıqda daha yüksək olub.Üstəlik, onlar bu il inflyasiyanın 6-8 faiz civarında olacağına şübhə edirlər.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG