Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 14:44

Qoşulmama Hərəkatı ölkələri Bakıda toplanır


Azərbaycan Xarici İşlər nazirliyi

Qoşulmama Hərəkatının nazirlər konfransı bu il aprelin 5-dən 6-na kimi Bakıda keçiriləcək.

Bu haqda Xarici İşlər Nazirliyinin (XİN) press-relizində bildirilir.

Nazirlərin konfransının “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusuna həsr olunacağı bildirilir. Konfransa hazırlıq məqsədilə aprelin 3-ü və 4-də yüksək vəzifəli məmurlar səviyyəsində iclas keçiriləcək.

Buna da bax: Fransa 'Ümumdünya sərgisi'nə pul tapmır, Azərbaycansa...

Konfransda Qoşulmama hərəkatında təmsil olunan dövlətlər, həmçinin, hərəkat yanında müşahidəçi statusu almış dövlət və beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcək.

Xatırlatma

Bu qurumu hərbi ittifaqlara qoşulmayan dövlətlər 1961-ci ildə Belqradda təsis ediblər. Dövlətlərin ərazi bütövlüyü, suverenliyi və siyasi müstəqilliyinə hörmət, daxili işlərinə qarışmama Hərəkatın əsas prinsipləridir.

Son 25 il ərzində Hərəkata üzv dövlətlərin sayı 99-dan 120-yə yüksəlib. Azərbaycan Qoşulmama Hərəkatına 2011-ci ildə üzv olub.

Azərbaycan 2019-2022-ci ildə Qoşulmama Hərəkatına ev sahibliyi edəcək.

Bu il, yanvarın 10-u Azərbaycan prezidenti Ilham Əliyev Qoşulmama Hərəkatına üzv dövlətlərin Azərbaycanın ali təhsil müəssisələrində oxuyan vətəndaşlarına təhsil qrantı verilməsi barədə sərəncam imzalayıb. Layihə 100 tələbəni əhatə etməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG