Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Oktyabr, çərşənbə, Bakı vaxtı 02:41

Diaqnostik qiymətləndirmə başa çatıb


Təhsil Nazirliyi

2018-ci il yanvarın 1-dən ötən ilin may-aprel aylarında diaqnostik qiymətləndirilmədən keçən 41 mindən çox müəllimin əməkhaqqının artırıldığı bildirilir.

Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

«Prezidentin sərəncamına uyğun olaraq, mərkəzləşdirilmiş müsabiqə yolu ilə dövlət ümumi təhsil müəssisələrinə işə qəbul olunan müəllimlər diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərə bərabər tutulur. Bu qərara əsasən, 2017-ci ildə müəllimlərin işə qəbulu imtahanından uğurla keçib təyin olunan 6 minə yaxın müəllimin də əməkhaqqı artırılıb», - məlumatda vurğulanır.

Prezident İlham Əliyev 2015-ci il yanvarın 16-da «Dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında» sərəncam verib.

Sərəncamda bu kateqoriyadan olan müəllimlərin həftəlik dərs yükü normasının 1.5, aylıq vəzifə maaşının 2 dəfə artırılması nəzərdə tutulub.

2014-cü ildən etibarən ölkə üzrə ümumilikdə 140 minədək müəllimin diaqnostik qiymətləndirmədən keçdiyi açıqlanıb. Bunların 41 min 360 nəfəri ötən ilin payına düşür.

«Beləliklə də ölkənin ümumi təhsil müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsinə yekun vurulub», -məlumatda bildirilir.

Ancaq məlumatda nə qədər müəllimin diaqnostik qiymətləndirmədən keçə bilmədiyi və bu proses zamanı işini itirənlərin statistikası açıqlanmır.

Günün bütün mövzuları

XS
SM
MD
LG