Keçid linkləri

2018, 22 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 04:51

Trump “saxta xəbər mediası”nı da təbrik edir


Donald Trump

ABŞ prezidenti Donald Trump Twitter-də dostlarını, tərəfdarlarını, eləcə də düşmənlərini və “saxta xəbər mediası”nı Yeni il münasibətiylə təbirk edib.

“Amerikanı yenidən böyük edəcəyik və bunu hamının düşündüyündən daha sürətli edəcəyik”, – prezident əlavə edib.

ABŞ-ın bir sıra media orqanları – CNN, The New York Times, ABC, The Washington Post prezidentin hərəkətlərini tənqid edirlər. Özəlliklə də, media Trump-ın seçki kampaniyasının Moskvayla mümkün əlaqələrinə həssaslıqla yanaşır, ABŞ kəşfiyyat orqanlarının apardığı araşdırmanı diqqətlə izləyirlər. Trump isə dəfələrlə medianı “saxta xəbərlər” yaymaqda suçlayıb.

Trump ən çox CNN televiziyasına mənfi yanaşır. CNN ABŞ-da əsas xəbər mənbələrindən sayılır. “Dünya onlardan həqiqət eşitmir”, – Trump Twitter-də yazıb.

Donald Trump dəfələrlə elan edib ki, seçki kampaniyasıyla Kreml arasında heç bir bağlantı olmayıb. Moskva xarici ölkələrdə seçkilərə bağlılığı barədə deyilənləri qətiyyətlə təkzib edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG