Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 04:58

Siqaret və spirtli içkilərin aksiz dərəcəsi artırılıb


Siqaret

Azərbaycan ərazisinə gətirilən tütün, pivə və alkoqollu içkilərə tətbiq ediləcək yeni aksiz dərəcələri açıqlanıb.

Bu, Nazirlər Kabinetinin «Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında» qərarında etdiyi dəyişiklikdə əksini tapıb.

Dekabrın 21-də dərc olunmuş qərar 30 gün sonra, gələn il yanvarın 23-də qüvvəyə minir.

Tərkibində tütün olan siqarlar, ucları kəsilən siqarlar və siqarillaların 1000 ədədinə tətbiq edilən aksiz dərəcəsi 10 manatdan 20 manata qaldırılıb. Digər siqaretlər və siqarillaların 1000 ədədinə tətbiq edilən aksiz dərəcəsi də 4 manatdan 12 manata çatdırılıb.

Bundan başqa, şampan şərabında aksiz dərəcəsi 2 manat 50 qəpikdən 5 manata qaldırılıb. Araqda isə bu, 6 manatdan 10 manata yüksəlib.

Günün bütün mövzuları

XS
SM
MD
LG