Keçid linkləri

2017, 18 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:38

Britaniya ən böyük 5 iqtisadiyyat sırasından çıxdı


London

Böyük Britaniya dünyanın 5 ən böyük iqtisadiyyatı sırasından çıxıb.

Bunu Britaniyanın maliyyə naziri Filipp Hammondbildirib. Nazir Beynəlxalq Valyuta Fondunun rəqəmlərinə əsaslanıb.

O deyib ki, bu reytinqdə Britaniya 6-cı yerə düşüb. Fransa onu keçib.2013-cü ildən bəri birinci dəfədir ki, Fransa Britaniyanı iqtisadiyatada keçir.

Britaniya Avropa İttifaqından çıxma referendumunu keçirəndən sonra iqtisadi artım zəifləyib. Bu da, Hammondun sözlərinə görə,qiymət artmına gətirib.

BVF-nun reytinqində dünyanın ən böyük iqtisadiyyatı ABŞ-dır. İkinci yerdə Çin, 3-də Yaponiyadır. Almaniya 4-dədir.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG