Keçid linkləri

Təcili xəbərlər
2018, 17 İyul, çərşənbə axşamı, Bakı vaxtı 08:09

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Ukraynada yeni təhsil qanununda azlıqların dilinin tədrisiylə bağlı maddələrdən narahatlığını bildirib.

Oktyabrın 12-də Strasburqda keçirilən plenar iclasda parlamentarilər yeni qanunvericiliyi tənqid edən qətnamə qəbul ediblər. Həmin qanunun rəsmi dillə milli azlıqların dili arasında gərəkən balansı yaratmadığı bildirilir.

Ukraynada etnik azlıqların və qonşuların tənqidinə baxmayaraq, prezident Petro Poroshenko sentyabrın 25 qanunu imzalayıb. Qanuna görə, Ukrayna dili beşinci sinifdən başlayaraq dövlət məktəblərində mütləq tədris olunmalıdır.

AŞPA bildirir ki, yeni qanun milli azlıqların təmsilçiləri ilə real konsultasiya aparılmadan qəbul olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG