Keçid linkləri

2017, 20 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:08

MDB Gorusu özünün mədəni paytaxtı elan edir


MDB dövlət başçıları Şurasının iclası

Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 11-də Soçidə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib.

Prezident.az saytının verdiyi məlumata görə, iclasın gündəliyinin kifayət qədər zəngin olduğunu deyən Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bildirib ki, MDB çərçivəsində qarşılıqlı əlaqələrin gələcəkdə möhkəmləndirilməsi yolları müzakirə olunacaq, əməkdaşlığın səmərəliliyinin artırılması istiqamətində fikir mübadiləsi aparılacaq.

Vladimir Putin qarşılıqlı maraqlara əsaslanan yeni iri layihələrin həyata keçirilməsi üçün bütün imkanların mövcud olduğunu vurğulayıb.

MDB İcraiyyə Komitəsinin sədri-icraçı katib Sergey Lebedev qeyd eib ki, iclasın gündəliyi 16 məsələdən ibarətdir. Təqdim olunan sənədlərin layihələri ekspertlər tərəfindən araşdırılıb, ölkələrin nümayəndələri ilə razılaşdırılıb. İqtisadi sahəyə aid sənədlər isə MDB İqtisadiyyat Şurası tərəfindən təsdiq olunub.

Ermənistanın xəbər agentliyi News.am saytı isə xəbər verir ki, iclasda iştirak edən Ermənistan prezidenti Serj Sarkisyan Gorus şəhərinin gələn il MDB-nin mədəni paytaxtı elan olunmasından danışıb.

O deyib ki, gələn il Gorus mədəni paytaxt elan etmək planı var və o, bu bir il ərzində MDB ölkələrinin təmsilçilərini Gorusda keçiriləcək tədbirlərə dəvət edir.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG