Keçid linkləri

2017, 22 Noyabr, çərşənbə, Bakı vaxtı 17:10

Oktyabrın 11-dən 15-nə kimi ABŞ-ın paytaxtı Vaşinqtonda Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı Qrupunun illik toplantısı keçiriləcək.

Toplantıda Azərbaycanı maliyyə naziri Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.

Bu barədə Azərbaycan Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, səfər zamanı bir sıra ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.

Toplantıya sözügedən qurumlara üzv ölkələrin rəsmiləri, beynəlxalq maliyyə institutları, özəl sektor və vətəndaş cəmiyyətinin nümayəndələrinin qatılacağı bildirilir.

İllik toplantı çərçivəsində dünya iqtisadiyyatının cari vəziyyəti, yoxsulluğun aradan qaldırılması, iqtisadi inkişaf və qlobal narahatlıq doğuran bir çox məsələlər müzakirə olunmalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG