Keçid linkləri

2017, 22 Noyabr, çərşənbə, Bakı vaxtı 13:28

Oktyabrın 11-i Bakı və Abşeron yarımadasında arabir yağış yağacağı bildirilir. Arabir güclənən şimal-qərb küləyinin əsəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, yarımadada gecə 14-16, gündüz 16-20, Bakıda gecə 14-16, gündüz 17-19 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da yağış yağacağı bildirilir. Bəzi yerlərdə yağıntının leysana keçəcəyi gözlənilir. Gecə 8-13, gündüz 15-20, dağlarda gecə 3-8, gündüz 10-15 dərəcə isti təxmin edilir.

Nazirliyin xəbərdarlığına görə, Bakı və Abşeron yarımadasında oktyabrın 11-dən 13-dək hava şəraiti qeyri-sabit keçəcək, arabir yağış yağacaq. Yağıntının bəzi yerlərdə intensiv olacağı, temperaturun ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı düşəcəyi gözlənir.

Günün bütün mövzuları

XS
SM
MD
LG