Keçid linkləri

2017, 24 Noyabr, Cümə, Bakı vaxtı 09:54

Şəkidə Müsavat fəalına 25 sutka verildiyi deyilir


Müsavat partiyası

Şəki rayonunda Müsavat Partiyasının fəalı Tahir Əhmədlinin 25 sutka inzibati həbs cəzası aldığı bildirilir.

Bu barədə bu gün, oktyabrın 3-ü Müsavat Partiyasının Şəki Təşkilatının sədri Bakıxan Qəribli Azadlıq Radiosuna məlumat verib:

“Şəki Rayon Məhkəməsinin sentyabrın 30-da verdiyi qərarla o 25 sutka inzibati həbs cəzası alıb”.

Ancaq qərarın mətnini, hələlik, əldə etməyiblər:

Buna da bax:​ Müsavatın təşkilat sədri 2 il 6 ay azadlıqdan məhrum edilib

Onu ictimai yerdə səs-küy salmaqda ittiham olunduğu ehtimal edilir. Ancaq partiyada qeyd ediblər ki, o, sosial şəbəkələrdə tənqidi yazılarına görə, cəzalandırılıb.

Partiya yoldaşları ona ərzaq apardıqlarını, ancaq görüşə icazə ala bilmədiklərini söyləyiblər. Onların deməsinə görə, Tahir Əhmədlinin ailəsi bu məlumatların yayılmasında bir elə maraqlı görünmürlər.

Tahir Əhmadlinin inzibati qaydada həbs edilməsi ilə bağlı məlumata, hələlik, Şəki Rayon Polis Şöbəsindən və məhkəmədən münasibət almaq mümkün olmayıb.

Buna da bax: Vəkil: 'Saxlanan insanlar yerdə yatır'

Xatırlatma

Bir neçə gündür ki, müxalifət fəallarının polisə çağırıldığı bildirilir.

Bunun əsasən, Milli Şuranın sentyabrın 23-də keçirdiyi mitinqdən sonrakı günlərdə başladığı deyilir.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu AzadlıqRadiosu-na bildirmişdi ki, partiyanın İdarə Heyətinin üzvləri Milli Şuranın sentyabrın 23-də keçirilən aksiyası ilə bağlı polisə çağırılıblar.

S.Cəlaloğlu əlavə edib ki, dünən, oktyabrın 2-si ADP mətbuat xidmətinin rəhbəri Nurəddin İsmayıl, sədrin birinci müavini Həsrət Rüstəmov və İdarə Heyətinin üzvü Zakir Hüseynov polis bölmələrinə çağırılıblar. Nurəddin İsmayıl və Həsrət Rüstəmovun artıq, polisdə dindirildiyi açıqlanıb.

Həsrət Rüstəmov deyib ki, ona mitinq və özü ilə bağlı suallar verilib.

Buna da bax:​ İnzibati həbs edilən cəbhəçi buraxılmadı

Bütün bu açıqlamalara, hələlik Daxili İşlər Nazirliyindən isə münasibət almaq mümkün olmayıb.

Milli Şura sentyabrın 23-də Bakıdakı «Məhsul» stadionunda «Talana yox!» şüarı ilə aksiya keçirib. Aksiyaya Milli Şuraya daxil olmayan bir sıra müxalif partiyaların fəalları da öz təşəbbüsləri ilə qatılıblar.

Aksiyada çıxış edən Milli Şura sədri Cəmil Həsənli deyib ki, Azərbaycanda korrupsiyanın başında prezident İlham Əliyev durur.

Aksiyadan sonra hakim Yeni Azərbaycan Partiyasının (YAP) funksionerləri də çıxış edərək, eyni ittihamı Milli Şura rəhbərləri haqda söyləyiblər. Üstəlik, YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib ki, bu mitinqin sifarişi Yerevandan gəlib.

Günün bütün mövzuları

XS
SM
MD
LG