Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin sentyabrın 23-də Türkiyəyə gedəcəyi gözlənir.
Bu haqda məlumatı Qafqaz Müsəlmanları İdarəsi yayıb.
Məlumatda bildirilir ki, səfərdə məqsəd sentyabrın 25-də İstanbul şəhərində keçiriləcək «İslam həmrəyliyi Türkiyə-Azərbaycan dostluğu timsalında» mövzusunda beynəlxalq konfransda iştirak etməkdir.
Beynəlxalq konfransa Azərbaycandan bəzi deputatların da qatılacağı bildirilir.