Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 11:11

Rusiya ilə Belarus birgə “Zapad-2017” hərbi təlimlərinə başlayıblar


Aleksandr Fomin
Aleksandr Fomin

Rusiya ilə Belarus sentyabrın 13-də birgə “Zapad-2017” hərbi təlimlərinə başlayıblar.

Bu barədə Rusiya Müdafiə Nazirliyi informasiya və kütləvi kommunikasiya departamentinin sentyabrın 14-də yaydığı press-relizdə bildirilir.

Təlimlər Belarus və Rusiya ərazisində keçirilir.

Belarus müdafiə nazirinin köməkçisi general-mayor Oleg Voinov-un mətbuat konfransında verdiyi məlumata görə, təlimlərdə ümumilikdə 12 700 hərbçi iştirak edir ki, bunun 10 200 nəfəri Belarus ərazisində keçirilən təlimlərə cəlb edilib.

Bu qüvvələrin 7 mindən çoxu Belarusdan, təxminən 3 mini isə Rusiyadandır.

Foto arxiv
Foto arxiv

Oleg Voinov bildirib ki, hərcənd təlimlərdə iştirak edən hərbçilərin sayı, beynəlxalq müşahidə tələb edən Vyana sənədindindəki parametrləri ötməsə də Belarus etibarsızlıq və gərginlikdən qaçmaq üçün təkcə qonşu ölkələrdən yox, NATO-nun digər üzvlərindən də müşahidəçilər çağırıb.

O, həmçinin qeyd edib ki, bizUkrayna, Polşa, Litva və Latviya ilə münasibətlərdə gərginlikdən qaçmaq üçün təlim meydançalarını bu ölkələrin sərhədlərindən uzaqda seçmişik.

“Zapad-2017” təlimlərində 12,7 min hərbçi,70 təyyarə və veürtolyot, 250 tank, 200 artlieriya qurğusu və 10 hərbi gəmi iştirak edir.

S-400
S-400

Ancaq Qərb rəsmilərinin fikrincə, manevrlərə 100 minədək heyət qatıla bilər və bu, Rusiyanın güc nümayişi sayılır. Rusiyanın Ukraynaya təcavüzü üzündən Qərblə qarşıdurma davam etməkdədir.

“Məqsəd bizi təhrik etmək, müdafiəmizi sınamaqdır. Bu səbəbdən güclü olmalıyıq”, – Britaniyanın müdafiə naziri Michael Fallon sentyabrın 10-da BBC-yə deyib.

Moskvaysa israrla bildirir ki, təlimdə 13 mindən artıq hərbçi iştirak etməyəcək. Vyana sənədi kimi tanınan ATƏT qaydalarına görə, bu hədd keçilərsə, digər ölkələrə bildirilməli, manevrlər müşahidəçilərin üzünə açılmalıdır.

Buna da bax:​ Yerevan “Agile Spirit 2017” təlimlərindən niyə son anda imtina edib?

VYANA SƏNƏDİNƏ UYĞUN

Rusiyalı general polkovnik Andrei Kartapolov sentyabrın 13-də Rusiya ordusunun rəsmi “Krasnaya Zvezda” qəzetinə deyib ki, təlimə qatılan hərbçilərin və ağır texnikanın sayı “Vyana sənədinə tam uyğun olacaq”.

Andrei Kartapolov

“Zapad” təlimi hər dörd ildən bir keçirilir.

2014-cü ildə Rusiya Ukraynanın Krım vilayətini ilhaq edib. Qərb hökumətləri bu hərəkətə iqtisadi və digər sanksiyalarla cavab verib.

Buna da bax:​ Fransa ilə Almaniya "Qərb-2017" hərbi təlimini pisləyiblər

NATO da şərq cinahdakı üzvlərində iştirakını gücləndirib və Kremlin regiondakı niyyətləri sarıdan narahatlığı qalır

NATO-nun baş katibi Jens Stoltenberg ötən həftə Estoniyada deyib ki, hərbi alyansa təlimə üç müşahidəçi göndərəcək.

Həmçinin NATO özünün şərq cinahında-Avropa Birliyinin şərqində hərbi iştirakını gücləndirib.

Hazırda ABŞ və digər NATO ölkələrinin iştirakı ilə Ukraynada hərbi təlimlər keçkirilir.

Buna da bax: "Ukraynada ABŞ və digər NATO ölkələrinin iştirakı ilə hərbi təlimlər başlayıb"

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG