Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Fevral, çərşənbə, Bakı vaxtı 01:49

Fransa ilə Almaniya "Qərb-2017" hərbi təlimini pisləyiblər


Foto arxiv

Fransa ilə Almaniya Rusiya ilə Belarusun planlaşdırdığı hərbi təlimi tənqid ediblər.

Azadlıq Radiosunun məlumatına görə, bunu Almaniya və Fransanın müdafiə nazirləri Avropa Birliyi ölkələri müdafiə nazirlərinin Tallində keçirilən görüşü çərçivəsində keçirdikləri birgə mətbuat konfransında deyiblər.

Florence Parly (Fransa) və Ursula von der Leyen (Almaniya) qeyd ediblər ki, Moskva Avropa Birliyi və NATO sərhədlərində öz hərbi gücünü nümayiş etdirməyə çalışır, amma NATO öz iştirakçılarının təhlükəsizliyini təmin etməyə hazırdır.

NATO-nun baş katibi Jens Stoltenberg bundan əvvəl bildirmişdi ki, “Qərb” təlimləri hərcənd real təhlükə törətməsə də Moskva ona NATO-dan cəmi 3 ekspert dəvət etməklə açıqlıq standartlarını pozub.

Qərb hesab edir ki, bu təlimdə 100 mindən çox hərbi qulluqçu iştirak edəcək .

ATƏT-in qaydalarına görə isə bu cür geniş hərbi təlimlərdə əvvəlcədən digər ölkələrdən lazımi sayda müşahidəçi cəlb olunmalıdır.

Amma Rusiya ilə Belarus deyir ki, hərbi təlimlərdə 12 700 nəfərdən çox adam iştirak etməyəcək.

"Qərb-2017" hərbi təlimləri sentyabrın 14-20 arası Belarus ərazisi və Rusiyanın qərbində keçiriləcək.

NATO, Rusiyanın 2014-cü ildə Krımı ilhaq eləməsi və Ukraynanın şərqindəki münaqişədən sonra Estoniya, Iitva, Latviya və Polşada əlavə 4000 min qüvvə yerləşdirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG