Keçid linkləri

2024, 24 May, Cümə, Bakı vaxtı 11:42

Yerevan “Agile Spirit 2017” təlimlərindən niyə son anda imtina edib?


"Agile Spirit 2013" iştirak edən gürcü əsgəri
"Agile Spirit 2013" iştirak edən gürcü əsgəri

Ermənistanın Müdafiə Nazirliyi hələ iyulda özünün NATO-nun “Agile Spirit 2017” təlimlərində iştirakını təsdiqləyib. Sentyabrın 8-də Gürcüstanın Müdafiə Nazirliyinin strateji kommunikasiyalar və əlaqələr departamentindən AzadlıqRadiosu-nun erməni xidmətinə bu haqda rəsmən bildirilib.

“ERMƏNİSTANA DƏVƏTNAMƏ GÖNDƏRİLİB”

Nazirlik Radionun Gürcüstanın müdafiə naziri Levan Izoriya-ya ünvanladığı sorğuya cavab olaraq bildirib:

Buna da bax:​ Fransa ilə Almaniya "Qərb-2017" hərbi təlimini pisləyiblər

«2017-ci ilin 2016-cı ildə təsdiqlənmiş planına əsasən, 2017-ci il sentyabrın 3-dən 12-dək beynəlxalq iştiraklı “Agile Spirit 2017” adlı ABŞ - Gürcüstan birgə təlimlərinin keçirilməsi nəzərdə tutulub. ABŞ tərəfinin razılığı ilə bu il fevralın 2-də Gürcüstan müxtəlif ölkələrə, o cümlədən Ermənistana təlimdə iştirak etmək üçün dəvətnamələr göndərib. Təlimlərin konfranslar silsiləsi vasitəsilə keçirilməsi planlaşdırılır. Bu konfransların ən mühümü yekun planlaşdırma konfransıdır. Bu konfransa dəvət olunan ölkələr öz iştiraklarını, iştirak edən hərbi qulluqçularının sayını, iştirak istiqamətlərini tam təsdiqləyirlər və logistik və başqa inzibati məsələləri razılaşdırırlar».

“İMTİNANIN SƏBƏBİ GÖSTƏRİLMƏYİB”

Nazirliyin cavabında daha sonra deyilir: «Rəsmi dəvət məktubu alandan sonra Ermənistan silahlı qüvvələrinin iki nümayəndəsi 2017-ci il iyulun 10-dan 13-dək Gürcüstanda yekun planlaşdırma konfransında iştirak edib. Onlar üç erməni zabitinin beynəlxalq təlimlərdə iştirakını təsdiqləyiblər.

Buna da bax: NATO və Rusiyanın hərbi rəhbərləri Bakıda görüşür [yenilənib]

“Agile Spirit 2017” təlimlərinin aktiv mərhələsinin başlanmasına az qalmış Gürcüstan tərəfi erməni zabitlərin təlimlərə qatıla bilməyəcəyi haqda məlumatlandırılıb. İmtinanın səbəbi göstərilməyib.

Agile Spirit 2017” Gürcüstan, ABŞ, NATO üzvü olan ölkələr və regional tərəfdaşlar arasında qarşılıqlı fəaliyyətin yaxşılaşdırılmasına yönəlmiş beynəlxalq komanda qarnizon və səhra təlimləridir. Təlimlərdə yeddi ölkədən 1500-dən çox hərbi qulluqçu iştirak edir. İştirakçılar yeni reallıq və yeni şəraitdə hərbi əməliyyatlarda iştirakla bağlı unikal təcrübə qazanırlar».

“Agile Spirit 2017” təlimlərinin ilkin loqotipində Ermənistanın da bayrağı əks olunub.
“Agile Spirit 2017” təlimlərinin ilkin loqotipində Ermənistanın da bayrağı əks olunub.

ERMƏNİSTAN PRİORİTETDƏN DANIŞIR

Təlimlərin başlandığı gün, sentyabrın 3-də Gürcüstan Müdafiə Nazirliyinin nümayəndəsi Giorgi Kacharava mətbuata bildirib ki, Ermənistan “Agile Spirit 2017” təlimlərində iştirakdan son anda imtina edib.

Buna da bax:​ NATO-nun mobil qrupu Azərbaycanda təlim keçir

«Ermənistanın Müdafiə Nazirliyi öncədən Gürcüstanda “Agile Spirit 2017” təlimlərində iştirakını bəyan etmişdi. Ancaq təəssüf ki, qonşularımız son anda iştirakdan imtina etdilər. Bunun səbəbi mənə bəlli deyil», – deyə Kasharava bildirib.

Ermənistan müdafiə nazirinin müavini Artak Zakarian sentyabrın 4-də jurnalistlərlə söhbətində ölkəsinin sözügedən hərbi təlimlərdə iştirakdan imtinasına da toxunub. O bildirib ki, Yerevan təlimlərdə iştirakını rəsmən təsdiqləməyib. Onun sözlərinə görə, öncədən təlimlərdə iştirak planlaşdırılsa da, sonrada planlarda dəyişikliklər edilib.

Buna da bax:​ Rusiya Gürcüstanla münasibətlərin bərpası ilə bağlı işçi qrup yaradır

Sentyabrın 4-də axşamsa Ermənistanın Müdafiə Nazirliyi bəyanatla çıxış edib. Bəyanatda deyilir ki, «Ermənistan silahlı qüvvələrinin hissələrinin iştirak formatı müdafiə nazirliyinin beynəlxalq əməkdaşlığa dair plan ehtiyacları əsasında qərarlaşdırılır. Gürcüstandakı təlimlərin bu mənada Ermənistan silahlı qüvvələri üçün prioritet əhəmiyyət daşımadığını nəzərə alsaq, öncədən bu təlimlərdə iştirak qərara alınsa da, sonradan iştirak ərizəsi təqdim edilməyib. İndiki halda iştirakdan son anda imtina edilməsinə dair spekulyasiyalar yersizdir».

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG