Keçid linkləri

Təcili xəbərlər
2018, 21 İyul, şənbə, Bakı vaxtı 18:54

Rusiya Gürcüstanla münasibətlərin bərpası ilə bağlı işçi qrup yaradır


Leonid Kalashnikov

Rusiyanın Dövlət Duması Gürcüstanla münasibətlərin bərpası ilə bağlı qeyri-rəsmi işçi qrup yaradır.

Bu barədə Dövlət DumasınınMüstəqil Dövlətlər Birliyi (MDB) və Avrasiya inteqrasiya məsələləri üzrə komitəsinin rəhbəri Leonid Kalashnikov, Gürcüstanda müxalifətdə olan “Vətənpərvərlər alyansı” partiyasının deputatları ilə görüşdən sonra məlumat verib.

“Qeyri-rəsmi qrup yaratmaq qərarına gəldik, Amma Gürcüstan parlamenti hələlik buna hazır deyil. Ayda bir dəfə görüş keçirəcəyik, burda və orda”, Kalashnikov iyulun 11-də gürcüstanlı həmkarları ilə görüşdən sonra jurnalistlərə deyib.

Rusiyalı diplomat həmçinin bildirib ki, görüşdə iki ölkə arasındakı viza rejiminin sadələşdirilmısi və 2008-ci ildəki qısa müharibədən sonra pozulmuş diplomatik münasibətlərin bərpası və NATO blokunun fəaliyyəti də müzakirə olunub.

Kalashnikov Gürcüstanın “Rustavi 2” televiziyasına deyib ki, Moskvason vaxtlar Gürcüstan ərazisində tez-tez NATO təlimləri keçirilməsindən narahat olduğunu bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG