Keçid linkləri

2017, 19 Noyabr, bazar, Bakı vaxtı 18:19

Shoigu Assad-la görüşüb


Rusiya müdafiə naziri Sergei Shoigu (solda) və Suriya prezidenti Bashar al-Assad

Rusiyanın müdafiə naziri Sergei Shoigu Dəməşqdə Suriya prezidenti Bashar al-Assad-la görüşüb. Bu arada Rusiyanın dəstəklədiyi hökumət qüvvələri ölkənin şərqində İslam Dövləti (İŞİD) ekstremist qruplaşmasına hücumu gücləndirməkdədir.

Rusiya Müdafiə Nazirliyinin sentyabrın 12-də bildirməsinə görə, Shoigu Assad-la Moskvayla Dəməşqin hərbi əməkdaşlığını, eləcə də iki ölkənin İŞİD-ə qarşı birgə mübarizə cəhdlərini müzakirə ediblər.

Buna da bax:​ Putin Assadı Deyr əz-Zorun mühasirədən çıxarılması münasibətilə təbrik edib

Görüşdə ölkənin şərqindəki Deir al-Zourt şəhərinin İŞİD yaraqlılarından alınması, “Suriyanın bütün ərazisində terrorçuluqla mübarizə cəhdlərinin gücləndirilməsi” götür-qoy edilib.

Rusiyayla İran Suriyanın altı ildir gedən vətəndaş müharibəsində Assad-ı dəstəkləyir.

Sentyabrın 13-də Rusiyanın Qara Dəniz sahilindəki Soçi şəhərində İranın xarici işlər naziri Mohammad Javad Zarif Rusiya rəsmiləri ilə görüşündə də Suriya münaqişəsini müzakirə edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG