Keçid linkləri

Təcili xəbərlər
2018, 22 May, çərşənbə axşamı, Bakı vaxtı 02:37

Putin Assadı Deyr əz-Zorun mühasirədən çıxarılması münasibətilə təbrik edib


Hökumətyönlü silahlılar Deyr əz-Zor yaxınlığında

Rusiya prezidenti Vladimir Putin suriyalı həmkarı Bashar al-Assad-ı üç ildir ki, İslam Dövləti adlanan təşkilatın mühasirəsində olan Deyr əz-Zor şəhərinin azad edilməsi münasibətilə təbrik edib. Mühasirənin yarılması barədə xəbəri dövlət mediası yayıb.

Putin sentyabrın 5-də verilmiş bu xəbəri münaqişədə “mühüm strateji qələbə” adlandırıb.

Xəbər verilir ki, İD-in blokadasında olan Deyr əz-Zorda Suriya hökumət qüvvələri və on minlərlə dinc sakin ilişib qalmışdı. Onlar iki ildən də çox müddətdə ərzaq və dava-dərman qıtlığı çəkirdilər.

Suriyanın rəsmi Sana xəbər agentliyi bildirib ki, ordu və onun silahlı müttəfiqləri 137-ci briqadanın Deyr əz-Zordakı hərbi bazasında birləşiblər.

Bundan əvvəl İD silahlıları təşkialtın Mosuldakı istehkamından çıxarılmışdılar.

Xəbər verilir ki, İD hazırda Deyr əz-Zorun yarısına və bu əyalətdəki geniş ərazilərə nəzarəti davam etdirir. Bundan başqa İD-in de facto paytaxtı sayılan Raqqa şəhərinin cihadçlılardan geri alınması uğrunda ABŞ-ın başçılığı ilə döyüşlər davam edir.

Sentyabrın 5-də Rusiyanın Müdafiə Nazirliyi bildirib ki, Suriya ordusuna dəstək məqsədilə Aralıq dənizindəki Rusiya hərbi gəmilərindən İD-in əş-Şula şəhəri yaxınlığındakı mövqelərinə raket zərbələri endirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG