Keçid linkləri

Təcili xəbərlər
2018, 25 May, Cümə, Bakı vaxtı 11:16

Fransalı jurnalistlərə noyabrın 7-si hökm oxuna bilər


Laurent Richard

Fransa məhkəməsi Azərbaycan hökumətinin iki fransalı televiziya jurnalisti ilə bağlı iddiasına baxır. Həmin jurnalistlər defamasiyada ittiham olunur. Beynəlxalq media qurumu isə bu iddianı Bakının «Fransaya senzuranın ixracı» cəhdi adlandırıb.

Dünən, sentyabrın 5-i Parisin Nanter bölgəsində yerləşən məhkəmədə Elise Lucet və Laurent Richard-la bağlı iddiaya baxılıb.

Jurnalistlər Azərbaycan hökumətini iki il öncə «diktatura» adlandırmaqla ona böhtan atmaqda suçlanırlar. Hadisə Fransanın ozamankı prezidenti François Hollande-ın Azərbaycana səfəri zamanı baş vermişdi.

2015-ci ilin sentyabrında «France 2» televiziyası ilə yayımlanan araşdırma proqramında Lucet Azərbaycanın «dünyanın ən qəddar diktaturaları»ndan biri olduğunu söyləyib.

Richard isə «France Info» radiosuna müsahibəsində Azərbaycana «diktatura» deyib. Richard və operatoru 2014-cü ilin mayında Bakıdan çıxan zaman qısa müddətə saxlanmış və avadanlıqları əllərindən alınmışdı.

Verilən məlumata görə, iddia tərəfi məhkəmədə bildirib ki, Şərqdə ilk dəfə Azərbaycanda 1918-ci ildə cümhuriyyəti qurulub. Azərbaycanda diktatura rejiminin hökm sürdüyünü iddia etmək düzgün deyil.

Hökmün noyabrın 7-də çıxarılacağı gözlənir.

Günün bütün mövzuları

XS
SM
MD
LG