Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 07:39

Myanmada müsəlmanlara qarşı zorakılığa etirazlar yüksəlir


On minlərlə müsəlman Birmadan qaçır
Gözlə

No media source currently available

0:00 0:02:08 0:00

On minlərlə müsəlman Birmadan qaçır

Myanmada rohinca müsəlmanlarına qarşı zorakılıqlara sentyabrın 4-də kəskin reaksiya verilib. Müsəlman ölkələri BMT-dən hərəkətə keçməyi tələb edəcəklərini dilə gətiriblər. Son bir ayda Myanmada 400-dən çox rohinca müsəlmanının qətlə yetirildiyi, 90 min rohincanın qonşu Banqladeşə qaçdığı bildirilir.

İran bunu «etnik təmizləmə», Türkiyə «soyqırımı» adlandırıb. Türkiyə prezidenti Recep Tayyip Erdoğan məsələni bu ay BMT Baş Assambleyasının müzakirəsinə çağırmağı təklif etmişdi. İranın xarici işlər naziri Javad Zarif Twitter-də bu təklifi dəstəkləyib, «rohinca müsəlmanlarına qarşı davam edən zorakılıqla bağlı qlobal sükut»u pisləyib.

Avqustun 25-də Rakxayn ştatında rohinca yaraqlıları polis məntəqəsinə hücum edib. Hakimiyyət məhz bundan sonrakı toqquşmalarda azı 400 nəfərin öldürüldüyünü bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG