Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Oktyabr, çərşənbə, Bakı vaxtı 04:48

Meşə yanğını ilə bağlı müşavirə


Qəbələdə meşə yanğını

Sentyabrın 4-ü Qəbələ rayonunda meşədə baş verən yanğınların söndürülməsi ilə bağlı rayonun Dandıx kəndində yaradılan qərargahda əməliyyat müşavirəsi keçirilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Müşavirədə fövqəladə hallar naziri Kəmaləddin Heydərov, nazirliyin rəhbər şəxsləri, Qəbələ rayon icra hakimiyyətinin başçısı və rayonunun hüquq mühafizə orqanlarının nümayəndələri iştirak edib.

Buna da bax:​ Qəbələdə 5 gündür meşə yanğını davam edir

Qərargahın rəhbəri, fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev bildirib ki, hazırda yanğınların söndürülməsi işləri üç istiqamətdə - Solquca, Abrıx və Dandıx kəndləri yaxınlığındakı meşəlik ərazilərdə aparılır. Görülən operativ tədbirlər nəticəsində yanğın nəzarət altına alınıb.

“Abrıx kəndi yaxınlığındakı dağın meşə massivində yanğının söndürülməsi məqsədilə zirvəyə doğru 9 kilometr uzunluğunda yollar açılıb və texnikanın hərəkətinə şərait yaradılıb. Yanğının ətraf kəndlərə və yaşayış məntəqələrinə keçməməsi üçün bütün zəruri tədbirlər görülür. Yanğınsöndürmə avtomobilləri ərazilərdə fasiləsiz olaraq növbə çəkir”, - deyə o bildirib.

Əməliyyat müşavirəsində yanğının söndürülməsi prosesində iştirak edən heyətinin 630-a, texnikanın sayının isə 51-ə çatdırılması qərara alınıb.

Buna da bax: Qəbələdə meşə yanğını genişlənir

Hazırda söndürülmə prosesinə 520 nəfər şəxsi heyətin, 36 ədəd texnika və 1 helikopterin cəlb edildiyi vurğulanır.

Eyni zamanda rayonun hüquq mühafizə orqanları nümayəndələrinə baş vermiş yanğın hadisələrinin araşdırılmasından ötrü zəruri tədbirlər görmələrinin vacibliyi bildirilib

Bir həftə əvvəl Oğuz və Qəbələ rayonlarında meşəlik ərazidə yanğınlar baş verdiyi bildirilmişdi. Ancaq avqustun 30-u yanğınların lokallaşdırıldığı açıqlanmışdı. Sonradan yanğınların davam etdiyi bəlli oldu. Bu gün, sentyabrın 4-ü səhər yayılan rəsmi açıqlamada Oğuz rayonunda meşə yanğının söndürüldüyü açıqlanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG