Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 06:10

Qəbələdə 5 gündür meşə yanğını davam edir


Foto arxiv

Avqustun 28-Qəbələ rayonunun Solquca və Abrıx kəndləri yaxınlığındakı meşə ərazisində başlamış yanğın davam edir.

Bu barədə məlumatı Fövqəladə Hallar Nazirliyi yayıb.Məlumatda bildirilir ki, yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən 91 nəfər şəxsi heyyət, 4yanğınsöndürən maşın, Mülki müdafiə qoşunlarından 58 nəfər şəxsi heyyət və4 ədəd texnika cəlb edilib. Habelə, Şimal-qərb Regional Mərkəzindən 20 nəfər şəxsi heyyət vəAviasiya dəstəsinin 1 ədəd yanğınsöndürmə helikopteri yanğının söndürməsi prosesində iştirak edir. Eyni zamanda, Rayon İcra Hakimiyyətinin, meşə təsərüfatı idarəsinin 50 nəfər canlı qüvvəsi və 13 ədəd müxtəlif təyyinatlı texnikası prosesəcəlb olunub” məlumatda vurğulanır.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun da hazırda hadisə rayonunda olduğu bildirilir.

Bir neçə gün bundan əvvəl Oğuz və Qəbələ rayonlarında meşəlik ərazidə yanğınlar baş verildiyi bildirilmişdi. Ancaq avqustun 30-u yanğınların lokallaşdırıldığı açıqlanmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG