Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Fevral, şənbə, Bakı vaxtı 09:58

Qəbələ rayonundakı meşəlik ərazidə yanğınlar genişlənib.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyiməlumat yayıb.
Məlumatda bildirilir ki,Bum meşəbəyliyinin Abrıx kəndi ətrafındakı meşə sahəsində başlayan yanğınmineral şum zolaqlarının çəkilməsinə baxmayaraq, güclü külək nəticəsindəDandık vəSulquca kəndləri istiqamətinə dəkeçib.

“Alovun qarşısını almaqməqsədi ilə hadisə yerinə ekologiya və fövqəladə hallar nazirliklərinin əlavə qüvvələri, texnikası cəlb olunub.

Yüksək dağlıq və çətin relyefi olan meşə sahəsində davam edən yanğının söndürülməsi küləyin yenidən güclənməsi səbəbindən bir qədər də çətinləşib.

Yanğının söndürülməsindən ötrü nazirliklərin 500-dən artıq əməkdaşı mümkün olan bütün vasitələrdən, əsasən əl əməyindən istifadə edirlər”,nazirliyin məlumatında vurğulanır.

Bu yanğın barədə bu gün, sentyabrın 3-ü Fövqəladə Hallar Nazirliyi də məlumat yaymışdı.

Məlumatda qeyd edilirdi ki, avqustun 28-i Qəbələ rayonunun Solquca, Abrıx və Dandıx kəndləri yaxınlığındakı meşə ərazisində başlamış yanğın davam edir.

Buna da bax: 'Yandıra bilmədilər, qırmağa başladılar'

Bir neçə gün bundan əvvəl Oğuz və Qəbələ rayonlarında meşəlik ərazidə yanğınlar baş verildiyi bildirilmişdi. Ancaq avqustun 30-u yanğınların lokallaşdırıldığı açıqlanmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG