Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Fevral, çərşənbə, Bakı vaxtı 05:44

Əfqanıstanda deputatın evinə hücum edilib, 2 cangüdən ölüb


Əfqanıstanın Calalabad şəhərində terror aktı

Əfqanıstanda intiharçının özünü partlatması nəticəsində iki cangüdən ölüb.

Azadlıq Radiosunun yerli qubernatorun sözçüsü Attaullah Khogyani-yə istinadla verdiyi məlumata görə insident avqustun 30-da Ninqanhar əyalətinin Calalabad şəhərində, deputatZahir Qader-in evi ətrafında baş verib.

Digər hücumçu isə polis tərəfindən güllələnib.

Həmçinin cangüdənlərdn biri ağır yaralanıb.

Hücuma görə cavabdehliyi hələlik heç kim üzərinə götürməyib.

Son aylar Əfqanıstanın Ninqanhar əyalətində vəziyyətin gərginləşdiyi , bölgədə “Taliban” və “İslam dövləti” qrupu yaraqlılarının fəallaşdığı müşahidə olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG