Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Oktyabr, çərşənbə, Bakı vaxtı 00:16

Ali Məhkəmə Mehman Hüseynovun şikayətinə baxacaq


Mehman Hüseynov

Bloqqer Mehman Hüseynovun iki il həbs edilməsindən Ali Məhkəməyə verilmiş şikayət icraata qəbul edilib.

Bu haqda AzadlıqRadiosu-na bloqqerin vəkili Elçin Sadıqov məlumat verib.

Kassasiya şikayətinin verilməsindən 3 aydan artıq vaxt keçdiyini xatırladan vəkil deyib ki, ona hakim Əli Seyfəliyevin sədrlik etdiyi məhkəmə heyəti baxacaq.

Buna da bax:​ Macron-a Azərbaycanla bağlı müraciət olundu

Məhkəmə iclası sentyabrın 29-na təyin edilib.

M.Hüseynovun böhtana görə həbsinin həm milli qanunvericilik, həm də Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalar baxımından əsassız olduğunu deyən vəkil hesab edir ki, şikayətə ədalətli baxılarsa, bloqqer azadlığa buraxılmalıdır.

Kassasiya şikayətində Mehman Hüseynov barəsində cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi, onun azadlığa buraxılması istənilir.

Hazırda 14 saylı cəzaçəkmə müəssisəsində saxlanan bloqqer bir müddət əvvəl Ali Məhkəmədə şikayətinə baxılmasının yubadılmasından şikayətlənmişdi.

Buna da bax: Ombudsman aparatı: 'Mehman Hüseynov... futbol oynayır'

XATIRLATMA

Mehman Hüseynov Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında bu il martın 3-də həbs olunub.

Polis rəisi iddia edirdi ki, M.Hüseynovun yanvarın 9-da başına torba keçirilib oğurlanması və daha sonra idarədə işgəncələrə məruz qalmasını söyləməsi böhtana söykənir. Ona görə Suraxanı Rayon Məhkəməsinə müraciət edib, bloqqerin CM-nin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə cəzalandırılmasını istəmişdi. Məhkəmə də onun iddiası əsasında M.Hüseynovun iki il azadlıqdan məhrum edilməsinə dair hökm çıxarıb.

Bakı Apellyasiya Məhkəməsi həmin hökmü qüvvədə saxlayıb.

Buna da bax:​ 'Azərbaycanda bədəl ödəyən jurnalistləri unuda bilmərik'

M.Hüseynov ittihamın əsassız olduğunu bildirir. Deyir ki, onun işgəncəyə məruz qalması haqda açıqlaması tam həqiqətdir. Konkret Musa Musayevə gəlincə, nəinki onun adını çəkməyib, ümumiyyətlə, bu adamı tanımır.

Bloqqer M.Hüseynov son aylar bəzi deputatlar, nazirlər haqqında videomateriallar hazırlayır, dəyəri milyonlarla ölçülən villaların, bahalı əşyaların onlara məxsus olduğunu iddia edirdi.

Mehman Hüseynov yanvarın 9-da axşam saatlarında saxlanmışdı. Polisin qanuni əmrinə tabe olmamaqda günahlandırılan bloqqer bir gün sonra 200 manat cərimə edilməklə sərbəst buraxılmışdı.

Buna da bax: Mehman Hüseynovun əməliyyat olunması gözlənir

Bloqqer azadlığa çıxan anda da işgəncələrə məruz qalması ilə bağlı məlum açıqlamasını vermişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG