Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 04:21

Macron-a Azərbaycanla bağlı müraciət olundu


Emmanuel Macron
Emmanuel Macron

Avropa, Keçmiş Sovet məkanı və Şimali Amerikadan olan 33 insan haqları təşkilatı, habelə Azərbaycandan olan 13 hüquq müdafiəçisi Fransa prezidentinə açıq məktub göndərərək, onu Azərbaycandakı siyasi məhbusdların azad olunmasına kömək etməyə çağırıblar.

Məktubda xüsusilə hazırda həbsdə olan müxalifət fəalı, REAL hərəkatının lideri İlqar Məmmədovun adı çəkilir.

Aİlqar Məmmədov
Aİlqar Məmmədov

Bildirilir ki, Avropa insan haqları məhkəməsinin 3 il əvvəl onun hakimiyyəti tənqid etməsinə görə həbs olunması və təcili azadlığa buraxılması barədə qərar çıxarmasına baxmayaraq , qərar hələ də icra olunmayıb.

Müraciətdə deyilir ki, Azərbaycan hakimiyyətinin bu hərəkəti onun insan haqlarına əməl etməsinə inamı dağıdır, təhlükəli president yaradır.

Məktubda daha sonra deyilir ki, hərcənn beynəlxalq təzyiqlər nəticəsində, Azərbaycanda bu cür əsaslarla həbsə atılanlardan bir neçəsi azad olunsa da bu ölkədə yeni həbslər aparılır.

Buna misal kimi bloqqer Mehman Hüseynov, journalist Əziz Orucov, müxalifət nümayəndəsi Gözəl Bayramlı və jurnalist Əfqan Muxtarlının həbsi göstərilir.

Əfqan Muxtarlı
Əfqan Muxtarlı

Buna da bax: "Avropa Parlamenti Əfqan Muxtarlı ilə bağlı qətnamə qəbul etdi"

Müraciət edənlər Fransanın Avropa Şurası qurumlarındakı aparıcı rolunu, Fransa ilə Azərbaycan arasındakı yaxşı inkişaf etmiş əlaqələri nəzərə alaraq, İlqar Məmmədov və Azərbaycanda qanunsuz təqib olunan digər şəxslərin məsələsinin ədalətli həlli üçün Fransa presidenti Macronu öz administrasiyasının nüfuzu və imkanlarından istifadə etməyə çağırırlar.

Buna da bax: "Azərbaycanda 'siyasi məhbus' siyahısı yenilənir"

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG