Keçid linkləri

2017, 27 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:28

“Mehman Hüseynov, hələ də Kürdəxanıdakı təcridxanada saxlanır. Bloqqeri cəzaçəkmə müəssisəsinə köçürməyiblər”.

Bu haqda AzadlıqRadiosu-na həbsdəki bloqqerin vəkili Elçin Sadıqov məlumat verib.

Vəkilin deməsinə görə, M.Hüseynovun səhhətindəki problemlər, hələ də qalır.

“Mənə verilən məlumata görə, bir neçə gün əvvəl Mehman Hüseynovu Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsindən gəlmiş həkimlər müayinə ediblər. Həkimlərin bildirdiyinə görə, bloqqerin cərrahi əməliyyata ehtiyacı var”, vəkil deyib.

Buna da bax:​ Həbsdəki bloqqerin yeri dəyişdiriləcək

Onun bildirdiyinə görə, cərrahiyə əməliyyatından ötrü vəkil yenidən rəsmi qaydada müraciət etməlidir.

“Bu gün (20 aprel) Mehman Hüseynovun əməliyyat olunması üçün yenidən əlaqəli qurumlara müraciət göndərdim”, E. Sadıqov deyib.

Vəkilin bildirdiyinə görə, Mehman Hüseynovun venasında problemlər var.

Həbsxana şəraitində onun ağrıları artıb.

XATIRLATMA

M. Hüseynov 2017-ci il martın 3-də Suraxanı rayon Məhkəməsinin qərarı ilə 2 il azadlıqdan məhrum edilib. Buna qədərisə onun yanvarın 9-da oğurlandığı güman edilirdi.

Buna da bax: Mehman Hüseynovun şikayəti təmin olunmadı

Yalnız yanvarın 10-da məhkəmə önünə çıxarkən onun Nəsimi rayon Polis İdarəsinin 22 saylı Polis Bölməsində saxlandığı məlum olmuşdu. Nəsimi rayon Məhkəməsinin qərarı ilə M.Hüseynov polisə tabe olmamaqda təqsirli bilinərək, 200 manat cərimə edilib.

Jurnalistlər önünə çıxan bloqqer polisdə saxlandığı müddətdə işgəncələrə məruz qaldığını söyləyib. Vəkili isə işgəncə şikayətinin araşdırılmasından ötrü Bakı Şəhər Prokurorluğuna müraciət etmişdi. Nəsimi rayon Polis İdarəsinin rəisi Musa Musayev də M.Hüseynovun işgəncə ilə bağlı dediklərini polisə böhtan sayaraq, xüsusi ittiham qaydasında iddia qaldırıb. Həmin iddia əsasında M.Hüseynov 2 il azadlıqdan məhrum edilib.

Buna da bax:​ Mehman Hüseynov: ‘Məni uzatmışdılar, biri də üstümdə oturmuşdu’

Müdafiə tərəfi isə prokurorluğun işgəncə şikayəti ilə bağlı cinayət işi açmamasından məhkəməyə müraciət etmişdi. Səbail rayon və Bakı apellyasiya məhkəmələri də müdafiə tərəfinin istəyini geri çevirmişdi.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG